"Vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq" - DEPUTAT

"Vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq" - DEPUTATİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

"Bu gün hər valideyn çalışmalıdır psixoloji, mənəvi və fiziki cəhətdən sağlam övlad böyütsün".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, unutmaq lazım deyil ki, hər bir dövlətin gələcəyini gənclər müəyyən edir:

"Müstəqillik qazandığımız ilk gündən dövlətimiz tərəfindən uşaqların və gənclərin uğurlu inkişafı üçün lazım olan bütün addımlar atılmaqdadır. Heç kəsə sirr deyil ki, Azərbaycan gəncliyinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra hər bir sahəyə olduğu kimi gənclərin parlaq gələcəyi üçün onlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı və intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Təbii ki, gənclərmizin savadlı, bilikli, ən əsası isə vətənpərvər ruhda böyüməsi Ulu Öndər Heydər Əliyev siyasətinin ideologiyasının əsas istiqamətlərindən biridir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinu uğurla davam etdirən cənab prezident İlham Əliyev tərəfindən gənclərin sağlam vətənpərvər ruhda böyüməsi üçün davamlı olaraq müxtəlif addımlar atılır, sərəncamlar və fərmanlar imzalanır".

Deputat qeyd edib ki, 44 gün Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfəri məhz gənclərimizə borcluyuq.

"İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərimizin vətənpərvər olmasını və onlarda vətən sevgisinin nə qədər böyük olduğunu sübut etdi. Gənclərimiz tək döyüş meydanında deyil həm də informasiya müharibəsində düşməni biabırçı məğlubiyyətə uğratdı. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq vətənpərvərlik məktəbi olmaqla ilə yanaşı həm də gələcək nəsillərə örnəkdir. Düşünürəm ki, vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq. Hesab edirəm k, döyüş meydanında olduğu kimi azad etdiyimiz torpaqların bərpa edilməsində, müasir infrastrukturun qurulmasında da gənclərimiz böyük xidmətlət göstərəcəklər".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq" - DEPUTATŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1068   Tarix: 21 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baz

5 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara

5 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr