"Daşbaşı faciəsindən 30 il ötür" - DEPUTAT
Tarix boyu ermənilər Azərbaycan xalqının başına bir çox faciə və müsibətlər gətiriblər. Belə hadisələrdən biri də 30 il öncə – 15 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonunda baş vermişdir. Həmin hadisə zamanı Ermənistan silahlı qüvvələri ordumuzun Daşbaşı postuna qəfil hücum edərək 23 əsgərimizi vəhşicəsinə qətlə yetirdilər.
"Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri kordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda isə zenitçilər mövqedə durmuşdular".
Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı.
"Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların nəşlərini tanınmaz hala salmışdılar.Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam Şəhidlərin məzarlarına qoyuldu.Daşbaşı postu və kəndi 27 il sonra düşmən işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər. İşğaldan azad olmuş doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı "Daşbaşı" Şəhidlərinin dağıdılmış məzarlarını bərpa etməyi özlərinə borc bildilər.Daşbaşı hadisəsi Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanır. Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anır, Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1007 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabrSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrAzərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
5 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabr