DYP bu hərəkətə görə sürücülərə XƏBƏRDARLIQ ETDİ

DYP bu hərəkətə görə sürücülərə XƏBƏRDARLIQ ETDİBaş Dövlət Yol Polisi İdarəsi avtomobilin sükanını azyaşlı övladlarına həvalə edən valideynlərə xəbərdarlıq edib.

İdarədən Sonxeber.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxsə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərlərə səbəb olmadan vaxtında aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə konkret addımların atıldığını bildirir, bu sahədə aparılan nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını bu işdə birgə əməkdaşlığa dəvət edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1124   Tarix: 18 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evinin həyətində cərəyan vurub öldürdü

Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl

27 aprel
.

Qeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən

26 aprel
.

Azərbaycan toylarında BU QAYDA DƏYİŞİB

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını

26 aprel
.

"Volodimir Zelenskinin səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır" - DEPUTAT

"Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin gücünün növbəti sübutudur". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu ölkə başçılarının son dörd il ərzində yeddinci görüşüdür:

27 aprel
.

Keçid balları ENƏCƏK - Abituriyentlərə ŞAD XƏBƏR

"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir". xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanı

26 aprel
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"

"Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır". AZƏRTAC-a istinadə

26 aprel
.

Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir

Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir. İlk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılmas

26 aprel
.

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat

26 aprel
.

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl

26 aprel