Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarı ilə məhdudlaşdırılmışdı.
"Qafqazinfo" xəbər verir ki, onun vəkilləri sözügedən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət verib.
Şikayət əsassız sayılaraq rədd edilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.
Məhkəmə belə qənaətə gəlib ki, telefon danışığı və görüş məhdudiyyəti ilə bağlı şikayəti Nərimanov Rayon Məhkəməsi icraata götürüb araşdırmalı idi. Bu əsasla qərar ləğv edilib, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə geri qaytarılıb.
Q.İbadoğlunun vəkili Bəhruz Bayramovun sözlərinə görə, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşlərinə qoyulan məhdudiyyət götürülüb:
"Telefon danışıqlarına olan məhdudiyyət iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş məhdudiyyəti aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcəklər".
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1367 Tarix: 18 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabrAzərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
3 oktyabrYeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabr