Şuşada qalıqları tapılan şəhid Adil Niftəliyevin bacısı: "31 ildən sonra onu doğma kəndində dəfn edəcəyik"

Şuşada qalıqları tapılan şəhid Adil Niftəliyevin bacısı: "31 ildən sonra onu doğma kəndində dəfn edəcəyik""Torpaqlarımız işğaldan azad olunandan sonra özümə söz vermişdim ki, gedib Şuşadan, qardaşım şəhid olan yerdən bir ovuc torpaq gətirib onun üçün qəbir düzəldəcəm. Amma ötən gün bizə 31 ildir yolunu gözlədiyimiz qardaşımız Adil Niftəliyevin qalıqlarının tapıldığı barədə məlumat verdilər. İndi hamı bizə gözaydınlığı verir. Nəhayət ki, gözümüz yollardan çəkilər. Yaxın günlərdə qardaşımızın qalıqlarını doğma kəndində torpağa tapşıracayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Bu sözləri APA-ya Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 il sonra aşkarlanan şəhid Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva söyləyib.

Adil Kamal oğlu Niftəliyev 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub.

Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib.

Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

"Qardaşım haqqında xəbəri 31 il sonra aldıq. Bizə bildirildi ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından bəzilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri də mənim qardaşım Adil Niftəliyevdir. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində bizim ailə üzvlərimizlə görüş oldu. Yaxın günlərdə qardaşımın qalıqları gətirilərək kənd qəbiristanlığında dəfn olunacaq. Biz nəhayət 31 il sonra şəhid qardaşımıza qovuşacağıq. Bu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı qələbə sayəsində mümkün oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin qardaşı Tofiq Niftəliyev bildirib.
Niftəliyevlər ailəsi bu gün Xaçmaz Şəhidlər xiyabanında şəhid Adil Niftəliyevin xatirə lövhəsini ziyarət edib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə avqustun 18-də Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, onlar Nurəli Hacıbaba oğlu Abdullayev, Nofəl Nəriman oğlu Qurbanov, Araz Bağı oğlu Rüstəmov, Gülverdi Ağahüseyn oğlu Hüseynov, Məhərrəm Abbas oğlu Abbasov, Adil Kamal oğlu Niftəliyev və Baba Balakişi oğlu Mikayılovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2243   Tarix: 20 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr