Bu kənddə qadınlar ərlərini günbəgün zəhərləyib öldürüblər
Macarıstanın paytaxtı Budapeştdən təxminən altmış mil cənub-şərqdə Tisa çayı üzərində yerləşən Nagryev kəndində hər gün gizli şəkildə törədilən qətllər təxminən 20 il sonra üzə çıxıb.
BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, bu müddət ərzində bir çox macar qadın ərlərini gündən-günə yavaş-yavaş zəhərləyərək öldürüblər.
Hadisənin təməli 1911-ci ildə Zsuzsanna Fazekas adlı qadının gəlişi ilə başlayıb. Fazekas özünü bütün kəndə tibb bacısı kimi təqdim edib.
Fazekasın şübhəli keçmişi var imiş. Onun əri müəmmalı şəkildə yoxa çıxıb. Kənddə bir neçə nəfərdən başqa heç kəs bu məsələ ilə maraqlanmayıb.
Nagryev kəndinin o zaman həkimi olmadığına görə, insanlar Fazekasa daha çox önəm verirdi. Fazekas kənd camaatını müalicə edir, qadınların evdə yaşadığı problemlər barədə çoxlu məsləhətlər verirdi. Zamanla o, arzuolunmaz hamiləliyin qarşısını almaq üçün hətta abort etdirməyə də başlayıb. İddiaya görə, 1911-1921-ci illər arasında o, on dəfə qanunsuz abort etdirib.
O dövrdə Macarıstan cəmiyyətində düzənlənmiş nikahlar adi hal idi. Gənc qızlar ailələri tərəfindən onlar üçün seçilmiş yaşlı kişilərə ərə verilirdi. Nə olursa olsun, boşanmaq variantı yox idi. Qadınlar istəmədikləri evliliklər yaşamalı olurdular.
Ancaq Birinci Dünya Müharibəsinin başlaması ilə hər şey dəyişdi və bütün kişilər müharibəyə getdi. Kənddən kənarda hərbi əsirlər üçün düşərgələr salınmışdı. Əsirlər kişilər olmadığı üçün tarlalarda işləmək üçün çağırılırdılar.
Lakin müharibə başa çatdıqdan sonra qadınların azadlığı bir daha məhdudlaşdırıldı, kişilər evə qayıtdılar. Amma qadınlar kişilərin yoxluğunda sərbəst yaşamağa öyrəşmişdilər və çarəni Fazekasa müraciət etməkdə gördülər.
Fazekas kənd qadınlarını problemli ərlərindən azad etməyin yolunu tapmışdı. Milçəkləri tutmaq üçün istifadə edilən kağız zolaqların tərkibindəki zəhərli maddə arseni qaynadıb və zəhəri flakonlara doldurdu; O, qadınlara göstəriş verib ki, zəhəri ərinin yeməyinə və ya qəhvəsinə qatsınlar.Tezliklə kəndin kişiləri arasında səbəbsiz ölümlər baş verməyə başladı. Fazekas bunun vəbadan və ya ishaldan olduğunu deyəndə, heç kim ondan sorğu-sual etməyib. Fazekasın şəriki Susi Olah rəsmi sənədlərdə ölüm səbəbi kimi "təbii səbəblər" yazmışdı.
Bu ölüm çılğınlığını təkcə kişilər üçün nəzərdə tutulmamışdı. Zaman keçdikcə daha çox qadın Fazekasa müraciət etdi. Kişilərdən başqa, qohumları, valideynləri və hətta uşaqları zəhərlənərək öldürüldü. Arsen zəhərlənməsindən neçə nəfərin öldüyü dəqiq bilinmir, lakin iddialar 300-dən çox adamdır.
Sui-qəsd 1929-cu ildə kiçik bir yerli qəzetin redaktoruna göndərilən anonim məktubdan sonra üzə çıxıb. Səlahiyyətlilər kənd qəbiristanlığından 50-dən çox meyit çıxarıblar. Onlardan 46-nın ekspert rəyində arsen aşkarlanıb.
Yaxınlıqdakı Szolnok rayon mərkəzində 1929-cu ildən bəri 26 qadın mühakimə olunub. Səkkizinə ölüm hökmü, qalan yeddi nəfərə isə ömürlük həbs cəzası verilib. Çox az adam günahlarını etiraf edib və motivləri heç vaxt tam açıqlanmanmayıb. Fazekas həbs olunmazdan əvvəl kənd qadınlarına verdiyi zəhəri içərək intihar edib.
Tiszakurt şəhərində başqa eksqumasiya edilmiş cəsədlərdə də arsen aşkar edilib, lakin onların ölümünə görə heç kim mühakimə olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Dönər həvəskarlarına PİS XƏBƏR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO