327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrın 9-da Perudan başlayıb və 2026-cı il oktyabrın 2-də Keniyanın Kilifi şəhəri yaxınlığında sahilə çatıb.
Bell səfərini "Billy No Mates" adlı, uzunluğu 8.3 metr olan karbon lifli qayıqla həyata keçirib. Rekord cəhdi qaydalarına əsasən, səyyahın quruya çıxmasına və kənardan hər hansı fiziki yardım almasına icazə verilməyib.
Məqsədinə çatmaq üçün Bell hər gün 12 saat avar çəkib. O, eyni zamanda naviqasiya, yemək hazırlamaq və yaranan problemləri həll etmək, o cümlədən təmir işlərini özü həyata keçirib. Məsələn, səfər boyunca qayığın sükanını üç dəfə təmir etməli olub.
"Sevgilim Corciyə qovuşduğum üçün çox şadam. Pivə içmək, həyatımın ən uzun duşunu qəbul etmək və normal çarpayıda yatmaq üçün səbirsizlənirəm", - deyə səyyah bildirib.
Bell rəsmi olaraq tanınacağına ümid etdiyi rekord cəhdi ilə yanaşı, hərbçilərə, veteranlara, onların ailə üzvlərinə, eləcə də stres və bununla bağlı çətinliklər yaşayan təcili yardım xidmətlərinin əməkdaşlarına dəstək göstərən xeyriyyə təşkilatı üçün 112 min funt sterlinqdən çox ianə toplayıb.
"The Times" qəzetinin daha əvvəl yazdığına görə, Bellin keçdiyi ehtimal olunan əvvəlki rekord amerikalı Ceykob Adoramaya məxsusdur. O, 2019-cu ildə ABŞ-nin Nea-Bey sahilindən başlayaraq Avstraliyanın Kerns şəhəri yaxınlığındakı çimərliyədək 6 140 dəniz mili (11 370 kilometr) məsafə qət edib.
Adorama Sakit okeanı şərqdən qərbə keçmək üçün 335 gün 22 saat 30 dəqiqə vaxt sərf edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib