"Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram" deyən qadına qardaşı 35 bıçaq zərbəsi vurdu

"Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram" deyən qadına qardaşı 35 bıçaq zərbəsi vurduLənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmirdə bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Xəyal Şıxaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2021-ci il sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Xəyal Şıxaliyev bacısı Dilarə Nəsirovanın ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olub yüngül həyat tərzi keçirməsi səbəbindən onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, 15 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evə gedib, qadına əxlaqsız əməllərindən əl çəkməsini deyib. Dilarə Nəsirova isə ona: "Öz şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz", - sözlərini deyib. Xəyal bacısının bu sözlərindən daha da qəzəblənib və üzərində olan bıçaqla Dilarə Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vurub. Qadının qışqırıq səslərini onun oğlu eşidərək otağa daxil olub. Xəyal bacısı oğlundan otaqdan çıxmasını tələb edib.

Daha sonra o, azyaşlının gözü qarşısında bacısına bıçaq zərbələri endirməyə davam edib. Xəyal Şıxaliyev bıçaqla Dilarə Nəsirovaya 35 dəfə zərbə vuraraq onu qətlə yetirib.

Məhkəmə istintaqı zamanı Xəyal Şıxaliyev ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərib ki, onun iş üzrə tutulmasından təxminən dörd ay əvvəl Dilarənin başqa kişilərlə cinsi əlaqədə olmasına görə yeznəsi ondan faktiki olaraq ayrılıb. Yeznəsi Dilarə ilə arasında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edib. Bundan sonra bacısı iki azyaşlı uşağı ilə Ağsu rayonuna köçüb, orada mağazada satıcı işləyib və kirayədə yaşayıb. Bu müddət ərzində də qadının orada başqa şəxslərlə cinsi əlaqədə olması barədə məlumatlar eşidib. Xəyal və valideynləri dəfələrlə Dilarədən əxlaqsız hərəkətlərindən çəkinməsini tələb etsələr də, qadın onların sözlərinə məhəl qoymayıb, əxlaqsız hərəkətlərinə davam edib.

Daha sonra bacısı Ağsudan Kürdəmir rayonuna, nənəsinin evinə qayıdaraq uşaqları ilə orada qalıb. Xəyal nənəsigilə gələrək bacısı ilə söhbət edib və ona bu yoldan əl çəkməsini bildirib. Lakin qadın yenə də ona etiraz edərək: "Öz şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz", - deyib. Dilarənin bu sözündən, yəni əxlaqsız hərəkətlərini davam etdirəcəyini ona sərt və ədəbsiz şəkildə deməsindən daha da qəzəblənib, qadını öldürmək qərarını qətiləşdirib. O, üzərində olan bıçaqla Dilarəni qətlə yetirib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4502   Tarix: 23 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021