"Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbçiləri dərhal azadlığa buraxılmalıdır" - DEPUTAT
"Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbçiləri dərhal azadlığa buraxılmalıdır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Ermənistan tarix boyu dövlətimizə və xalqımıza qarşı çoxlu sayda cinayətlər, terrorlar və soyqırımlar törədib:
"Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən Azərbaycan əsgərinə qarşı amansız işgəncələrin verilməsi, qeyri-insani rəftar bir daha ermənilərin necə barbar və vəhşi millət olduğunu sübut etdi. Elədikləri vəhşilik azmış kimi ermənilər aksiya keçirib Hüseyn Axundova verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər. Onlar Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edirlər. Çox güman ki, hərbiçilərimizə qarşı amansız işgəncələrin verilməsi davam etdirilir".
Deputat vurğulayıb ki, ermənilərin bütün təxribatlarının arxasında regionda vəziyyəti gərginləşdirməklə sülh prosesini gecikdirməkdir:
"Bölgədə yaranmış yeni geosiyasi durumla barışmaq istəməyən Ermənistan təxribatlarına davam edirir. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi bu gün də davam etdiyi düşmənçilik niyyətindən əl çəkərək, Azərbaycanın şərtlərindən razılaşsın. İlkin olaraq, Ermənistan Azərbaycan hərbçilərini azadlığa buraxmalıdır".
Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Məlum olub ki, onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Az sonra hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunublar. Hüseyn Axundov "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" də təqsirləndirilir.
Aqşin Bəbirov 11,5 il, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1639 Tarix: 23 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabrAQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabrDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabr