Nisyə siqaret vermək istəməyən qadını baltaladı: "Peşman deyiləm" - CİNAYƏT İŞİ

Nisyə siqaret vermək istəməyən qadını baltaladı: "Peşman deyiləm" - CİNAYƏT İŞİLənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firqət Məstiyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2022-ci il iyulun 6-sı saat 22 radələrində Yardımlı rayonu, Ostayır kənd sakini, 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmə istintaqı zamanı F.Məstiyev Cinayət Məcəlləsinin (CM) 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilib.

F.Məstiyev ifadəsində göstərib ki, həmkəndlisi, mərhum Gülxar Məmmədova yaşadığı evin həyətyanı sahəsində olan kiçik dükanda ərzaq məhsulları satırmış. O, arabir həmin dükandan siqaret, ərzaq və s. aldığını deyib. Hadisədən təxminən iki-üç ay əvvəl Gülxarın dükanına gedərək ondan nisyə siqaret istəyib. Qadın isə ona nisyə siqaret verməkdən imtina edib. Gülxarın bu hərəkəti Firqətdə nifrət hissi yaradıb və ona pis təsir edib.

6 iyul 2022-ci ildə, saat 18 radələrində həmkəndliləri ilə birlikdə yaşadığı evdə yemək yeyib. Vaqif və Orxanla birlikdə bir litr spirtli içki içdikdən sonra saat 21 radələrində həmkəndlisi Ramil Sadıqovun qızının toy məclisinə gedib. Toyda təxminən 5-10 dəqiqə oturduqdan sonra oradan çıxıb evinə qayıdarkən Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən dükanda olduğunu görərək oraya girib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülxarla danışarkən qadın onu nalayiq sözlərlə təhqir edib. Buna görə də qadını öldürmək qərarına gəlib. O, dükanın yanında odun doğranılan yerdə olan baltanı götürüb, içəri girib. Daha sonra Firqət balta ilə Gülxar Məmmədovanın baş nahiyəsinə üç ardıcıl zərbə vurub. Bu zaman qadın yerə yıxılıb. O, qadının öldüyünə əmin olduqdan sonra baltanı yerə ataraq dükandan çıxıb, yaşadığı evə tərəf gedib. F.Məstiyev qeyd edib ki, zərərçəkmiş şəxsə qarşı quldurluq etməyib, məqsədi yalnız onu öldürmək olub. O, törətdiyi cinayətə görə peşmanlıq hissləri keçirmədiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2093   Tarix: 24 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,

5 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr