DİN-dən vətəndaşın rüşvət iddiasına cavab
Sosial şəbəkələrdə Ağdamda məskunlaşan vətəndaş Xaliq Mamedovun videomüraciəti yayılıb.
Sözügedən vətəndaş Kəlbəcərə arı aparmaq istəyən zaman ondan rüşvət tələb olunduğunu iddia edib. X.Mamedovun sözlərinə görə, Göygöl RPŞ-nin Sarısu Polis Bölməsində ona qarşı qanun pozuntusu olub və Göygöl Rayon Prokurorluğu şikayətini obyektiv araşdırmayıb.
Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, iyunun 29-da Ağdamda məskunlaşan Xaliq Mamedovun qohumu Kamil Mamedov Göygöl rayonunun Toğanalı kəndində Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək stasionar postdan qeyri-qanuni keçməyə cəhd edib:
"X.Mamedov bəzi internet televiziya kanallarına videomüraciətlər göndərərək öz qanunsuz əməllərinin mahiyyətini başqa formada təqdim edib, qanunsuz əməllərinin qarşısını alan polis əməkdaşları haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib. Həmin iddialar yalandır, həqiqəti əks etdirmir. X.Mamedova da yaxşı məlumdur ki, hansısa təsərrüfatın stasionar postdan keçirilməsi üçün qeydiyyat polisin səlahiyyətinə aid olan məsələ deyil, polis əməkdaşları tərəfindən yalnız nəzarət-profilaktik tədbirlər icra edilir.
Belə ki, X.Mamedov özünə məxsus arı təsərrüfatını yaxın qohumu K.Mamedovun vasitəsilə Kəlbəcər rayonuna göndərmək istəyib və K.Mamedov Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar posta yaxınlaşaraq Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə polis əməkdaşlarının diqqətini yayındırmağa cəhd edib. Lakin onun bu əməlinin qarşısı alınaraq və əsaslı olaraq Göygöl RPŞ-nin Sarısu Polis Bölməsinə gətirilib".
Eşqin Qasımovun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, K.Mamedov Kəlbəcər rayonuna getmək üçün müvafiq portal icazəsi olmadığından əmisinə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib, stasionar postda xidmət aparan polis əməkdaşlarının diqqətini yayındırmağa çalışıb:
"Qeyd olunan hərəkətlərindən nəticə çıxarmayan X.Mamedov qanunsuz yolla arı təsərrüfatını köçürə bilmədiyindən tanışı Ramin adlı şəxslə əlaqə saxlayıb və ondan kömək istəyib. Həmin şəxs də X.Mamedova köməklik edəcəyini bildirib və ondan 2000 manat pul alıb. Lakin sözügedən şəxsin polis əməkdaşları ilə hər hansı bir əlaqəsi yoxdur.
Hazırda Göygöl Rayon Polis Şöbəsində Ramin Tağıyev barəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1149 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrBakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrGƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
4 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr