Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu
Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, qəza nəticəsində ana - Günay Fərzəliyeva ölüb, uşaqları isə xəsarət alıblar.
Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb.
Təqsirləndirilən şəxs günahını boynuna alsa da, məhkəmədə ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsindən məlum olub ki, hadisə baş verən vaxt toydan qayıdırmış. Həmin gün toyda dostları ilə spirtli içki qəbul edib, içkili vəziyyətdə öz avtomobili ilə yola çıxıb. O, qəza vaxtı özündə olmadığına görə hadisəni tam xatırlamadığını deyib.
Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Quba şəhər sakini Süleyman Məmmədov hadisəni "Hyundai Sonata" markalı avtomobili ilə törədib.
Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1941 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabrAvropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti
4 noyabrVüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c
28 sentyabrQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabr