Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? - Rəsmi açıqlama
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib.
Burada xüsusi diqqəti çəkən isə sümük iliyi transplantasiyasıdır.
Bəs görəsən, bu əməliyyat üçün nələr tələb olunur, xəstələr hansı meyarlarla seçilirlər?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği artıq təsdiq olunub:
"Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarına əsasən, qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyası tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara şamil edilir. Transplantasiya xidmətlərinin göstərilməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun tələblərinə uyğun həyata keçirilir.
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış orqan transplantasiyası üzrə tibbi xidmətlərin maliyyələşməsi həyata keçirilir. Belə ki, həyata keçirilən əməliyyatlar üzrə tariflər müvafiq tibb müəssisəsinə ödənilir. "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı" ilə https://e-qanun.az/framework/48132 linkinə daxil olaraq tanış ola bilərsiniz.
Nazirlər Kabinetinin 06 avqust 2022-ci il tarixli 288 nömrəli Qərarına əsasən, orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən qurum Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi"dir.
Koordinasiya Mərkəzi bu sahədə fəaliyyəti təşkil edir, əlaqələndirir, orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya edir, bu sahədə vahid uçot aparır və informasiya təminatını təşkil edir. Qurumun fəaliyyəti ilə ətraflı linkə keçid edərək tanış ola bilərsiniz: https://e-qanun.az/framework/51154
Orqan transplantasiyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2151 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrBakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrGƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
4 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr