"AAAF Park"-da kommunikasiya xətlərinin üzərində 500 kvadratmetr obyekt tikilir - FOTOLAR
Abşeron rayonunun Xırdalan şəhərində "AAAF Park"ın 19 saylı binasında yaşayan sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətlənirlər.
"Report"a müraciət edən sakinlər iddia edirlər ki, sahəsi 500 kvadratmetrə yaxın olan, təyinatı bilinməyən obyekt kommunikasiya xətlərinin üzərində tikilir.
Sözügedən ünvanda çəkilən şəkillərdən də aydın olur ki, obyektin təməli elektrik xəttinin üzərindədir. Qaz xətti ilə obyekt arasındakı məsafə isə heç 50 santimetr də deyil.
Sakin Bəhruz Əhmədov qeyd edib ki, 19 saylı binanın həyətində tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətləri var:
"Biz dəfələrlə şikayət etmişik. Şikayətimizə baxan olmayıb. Tikintinin sahibi Camal Talışlı adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz, şikayət edin. Sakinlər orada maşınlarını saxlayırdılar. İndi obyekt tikilir. Bəs sonrası necə olacaq?"
Digər bir sakin Fazil Məmmədov isə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə dəfələrlə zəng etdiklərini bildirib. Qeyd edib ki, kanalizasiya xətti həmin obyektin altından keçir.
"Sabah kanalizasiya tutulsa, necə olacaq?" - deyə sakin sual edir.
Umud Əhmədov da şikayətlərinə baxılmadığını bildirib. O qeyd edib ki, sabah nəsə olsa, heç kim cavab verməyəcək.
"AAAF İNŞAAT" MMC-nin hüquqşünası Emin Səlimov açıqlamasında bildirib ki, həmin ərazidə tikinti işlərini "AAAF İNŞAAT" aparmır:
"Sadəcə olaraq, "AAAF İNŞAAT" iki müharibə veteranına həmin ərazidə yer ayırıb. Onlar sərbəst formada öz işlərini həyata keçirirlər. Orada tikinti aparılır deyə bir xüsusat yoxdur. Oradan elektrik və ya qaz xətti keçmir".










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO