Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMABakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçilərin hüquqlarının qorunması baxımından mühüm məsələdir.

Bəs, söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır və sakinlər təklif olunan məbləğlə razı olmadıqda öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata bilərlər?
Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, Bakıda binaların sökülməsi zamanı mənzil sahibinə təklif edilən kompensasiya yalnız sabit "kvadratmetr qiyməti" ilə əsaslandırıla bilməz.

"Kompensasiyanın məbləği əmlakın real bazar dəyəri, mənzilin xüsusiyyətləri və söküntünün hansı hüquqi əsasla aparılması nəzərə alınmaqla müəyyən edilməlidir. İlk növbədə söküntünün dövlət ehtiyacları, yoxsa özəl tikinti layihəsi çərçivəsində həyata keçirildiyi aydınlaşdırılmalıdır. Dövlət ehtiyacları üçün əmlak alınarkən qanunvericilik ədalətli kompensasiyanın ödənilməsini nəzərdə tutur. Yaşayış sahəsinin alınması zamanı müəyyən şərtlərlə "çətinliklərə görə kompensasiya" mexanizmi də tətbiq oluna bilər. Sakin kompensasiya təklifini alarkən yalnız məbləğə deyil, onun hansı komponentlərdən ibarət olduğuna diqqət etməlidir. Müqavilədə yeni mənzilin sahəsi və ünvanı, ödəniş və təhvil müddəti, kirayə və köçmə xərcləri, gecikmə halında məsuliyyət, köhnə mənzilin boşaldılması və mülkiyyət hüququnun keçirilməsi kimi məsələlər açıq göstərilməlidir".

Ekspert bildirib ki, bazar qiyməti isə sadəcə internet elanlarının orta göstəricisi deyil:

"Qiymətləndirmə zamanı ərazinin, binanın, mərtəbənin, sahənin, otaq sayının və təmir vəziyyətinin nəzərə alınması vacibdir. Sakinlər söküntünün hüquqi əsasını, qiymətləndirmə hesabatını, kompensasiya təklifini, müqavilə layihəsini və ödəniş-köçürülmə şərtlərini tələb edə bilərlər. Təkliflə razılaşmadıqda müstəqil qiymətləndirmə aparılması, yazılı etiraz verilməsi və zərurət yaranarsa, hüquqi müdafiə yollarından istifadə edilməsi mümkündür. Əsas prinsip budur: mülkiyyətçidən əmlak alınırsa, onun əvəzində hüquqi əsaslandırılmış və ədalətli kompensasiya verilməlidir. Razılaşmadığı sənədi isə sakin tələsik imzalamamalı, əvvəlcə kompensasiyanın hüquqi və qiymətləndirmə əsaslarını araşdırmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 81   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr