Bakı metrosunun ilk xanım maşinisti işdən çıxmasının əsl səbəbini AÇIQLADI: "Artıq anladım ki..."
Xəbər verildiyi kimi "Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Xanım maşinistin işdən çıxarılmasına səbəb kimi qatar idarə edərkən mobil telefonla danışması göstərilmişdi.
Amma ötən gün "Bakı Metropoliteni" QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı Bizim.Media-ya səbəbin bu olmadığını açıqlamışdı.
Günay Həbibli bu dəfə Bizim.Media-ya açıqlamasında işdən çıxmasının əsl səbəbini açıqlayıb.
O, öz işinə qayıtması üçün yenidən "Bakı Metropoliteni" QSC-nin maşinist işinə qəbulla bağlı vakansiyasına müraciət etdiyini bildirib:
"2019-cu il aprel ayının 1-dən etibarən "Bakı Metropoliteni"ndə ilk xanım maşinist olaraq işə başlamışam. İyunun 17-də öz ərizəmlə işdən ayrıldım. İşdən çıxma səbəbim isə ailəvi problemlərin, konkret isə övladımın səhhətində yaranan narahatlıqlarla bağlı olub. Mən işimi, Metropoliteni çox sevirəm. İşim üçün hədsiz darıxıram. Artıq anladım ki, bu iş üçün yaranmışam.
Elə bu səbəbdən də "Bakı Metropoliteni"nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Şükürlər olsun ki, övladımın sağlamlıq durumu da qaydasındadır. İnşallah seçim mərhələlərini keçib, kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm. Mobil telefon filan, bunlar sadəcə dezinformasiyadır".
"Bakı Metropoliteni"nin rəhbərliyi ilə hər hansı qalmaqala gəlincə, Günay Həbibli belə cavab verib:
"Mənim Bakı Metropolitenin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim", - deyə Günay Həbibli əlavə edib.
Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8140 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir
26 aprelAli təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB
Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir. Xüsusilə ali təhsilli şəxslər üçü
26 aprelSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl
26 aprelİşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb. Paylaşımda qeyd olunub ki, ödəniş tam həyata keçirilsə də, sistemdə borcun qalması suallar doğurub və b
26 aprelMayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR
May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq. xəbər verir ki, Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzr
25 aprelAzərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat
26 aprelAzərbaycanda toylarla bağlı qadağalar gəlir?
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml
26 aprelAğır qəzada ölən baytarın FOTOSU
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:
25 aprel