Vaxtsız ölüm hökmü "oxunan" hakimlər - FOTO
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Məlum olub ki, R.Salmanov elə həmin gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Sonra isə bəlli hadisə baş verib.
Ümumiyyətlə, təəssüfləndirici haldır ki, bir neçə ildə müxtəlif səbəbdən həyatlarını itirənlər arasında məhkəmə hakimləri də var.
Qafqazinfo.az vaxtsız ölüm hökmü "oxunan" həmin hakimləri təqdim edir:
2020-ci ilin dekabr ayında Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Fuad Soltanov 48 yaşında koronavirusdan vəfat edib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fəxrəddin Məmmədov bu ilin aprelində ürəktutmadan həyatını itirib. F. Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi, 2000-ci ildən sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub.
2021-ci ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan dünyasını dəyişib. O, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.
Koronavirus qurbanı olanlardan biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovdur. O, 2020-ci il iyun ayında 55 yaşında koronavirusdan vəfat edib. N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO