Yaponiya Azərbaycanda iki məktəb tikəcək
Yaponiya Yeni Xocavənd qəsəbəsi və Neftçalada məktəb tikəcək.
"Report" xəbər verir ki, Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində "Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası" və "Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası" layihələrinin icrası planlaşdırılır.
Xocavənd layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd qəsəbə məktəbində altı sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün "Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi" İctimai Birliyinə 91 297 ABŞ dolları (154 293 manat) ayrılıb.
Neftçala layihəsi çərçivəsində isə rayonun Qırmızıkənd kənd məktəbinin yeddi sinif otaqlı, anbarlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi üçün "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə" 90 513 ABŞ dolları (152 968 manat) məbləğində qrant ayrılıb.
Layihə ərazisi olan Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO