FHN icra hakimiyyətinin binası ilə birlikdə o qadının da 8 otaqlı evini təmir etdirəcək - 58 min AZN

FHN icra hakimiyyətinin binası ilə birlikdə o qadının da 8 otaqlı evini təmir etdirəcək - 58 min AZNFövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin " Şamaxı rayonu, Q.Namazəliyev küçəsi, ev 25 ünvanında yaşayan Cəbrayılova Laləzar Mahmud qızına məxsus 8 otaqlı fərdi yaşayış evində və Şamaxı rayon İcra Hakimiyyətinin "Qonaq evi" binasında bərpa işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, Tenderin qalibi "Ahmadoglu" MMC olub. Tərəflər arasında 57.933,52 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Ahmadoglu" MMC-nin qanuni təmsilçisi Əhməd Mustafazadə Vaqif oğludur.

Xarırladaq ki, Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.

Şamaxı rayon icra hakimiyyətinin başçısı isə Tahir Məmmədovdur.

Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasında olması haqda da məlumatlar var. Ölkə mediasında yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil.

Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir.

Onlardan biri "Lexus" markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə "Jeep" markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.

Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Medianın dəqiqləşdirmələrinə görə, yeni model "Toyota Lexus" markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. "Jeep Grant Cheroke" markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.

Yeri gəlmişkən, Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir.

Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Kənan Məmmədov polis zabitidir. Sabiq icra başçısının polis oğlunun idarə etdiyi avtomobil "Jeep Grant Cheroke"dir. 90 KM 777 dövlət nömrə nişanlı "Jeep"in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər.

Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir. /32gun.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3231   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund

3 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr