Satılan və aclıqdan öldürülən körpələr - ABŞ-da insanlıq faciəsi
Ötən əsrin əvvəllərində Amerikada qeyri-adi bir hadisə yaşanmışdı. Demokratiyanın beşiyi deyilən ölkədə hər kəsin gözü önündə körpələr satılır, məhv edilirdi. Hamı buna göz yumur, görməzdən gəlirdi.
Lent.az o qanlı tarixçədən bəhs edir.
1925-ci ildə Layla və Uilyam Yanq cütlüyü Oriqon ştatında balaca bir xəstəxana açdılar. Lakin xəstəxana yetərli qədər gəlir gətirmirdi. Həmin illərdə nikahdankənar uşaq doğan qadınlar cəmiyyət tərəfindən qəbul edilmirdi. Buna görə cütlük nikahsız əlaqələrdən hamilə qalmış qadınlar üçün sığınacaq yaratmaq qərarına gəlirlər. Qəzetdə verilmiş kiçik bir elandan sonra bu sığınacağa çoxlu sayda qadınlar müraciət etməyə başladılar.
Xüsusən 16-17 yaşlı gənc analar bura müraciət edib, həyatalarını sıfırdan başlamaq xəyalları qururdular. 1928-1935-ci illərdə "İdeal doğum evi" adlanan bu müəssisədə 148 uşaq doğuldu. Uşaqlardan 12-si öldü. Hər ölən uşaq üçün Yanq ailəsi dəfn üçün əlavə 20 dollar tələb edirdi. Getdikcə onların tələbləri artırdı. Missioner fəaliyyəti altında cinayətkar əməllər törədilirdi.
Yanq ailəsi 300 dollar qarşılığında övladından imtina edən anaların işini yüngülləşdirib uşaqları onlardan satın almağa başladı. Yanq ailəsi onlara təhvil verilmiş uşaqlarla istədikləri kimi rəftar edir, sənədlərini dəyişirdilər. Əvvəllər hər uşağı 1000 dolara satsalar da, 1940-cı illərdə bu qiymət 10 000 dolara çatmıdşı. Onlar ən "keyfiyyətli" insanları satdıqlarını deyirdilər.
Zəif və xəstə doğulmuş körpələri isə sadəcə acından və baxımsızlıqdan ölürdülər. Onları ayrıca otaqlarda taleyin ümidinə buraxır, zavallı körpələr ağalaya-ağalaya ac-suzusuzluqdan məhv olurdular. Pullu ailələr ən sağlam və gözəl uşaqları satın alıb aparırdılar.
II Dünya Müharibəsi dövründə Yanqların gəlirləri artdı. Fahişəlik artdığına görə, nikahdankənar doğulan uşaqların sayı da çoxaldı. 1945-ci ildə ciddi yoxlamaya məruz qalmış müəssisədə xeyli sayda nöqsanlar aşkarlandı. Məzarlar açıldı və kütləvi məzarlardan 600-ə qədər körpənin qalıqları çıxarıldı. 700 körpənin isə kimlərə satılması barədə məlumat tapılmadı. Çünki heç bir sənədləşmə aparılmamışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO
Azərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
Azərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…
İş günü QISALDILACAQ - TARİX
Metro BAĞLANIR: Avtobuslar pulsuz olacaq?
Pomidor-yumurtaya bunu əlavə edin - Daha dadlı olur
"Öncə pəncərəni bağladılar" - İki xalaqızının qətlinin TƏFƏRRÜATI
Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI - VİDEO
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı
"O, usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım..."
Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIR
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR