Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air" proqramında deyib.
Onun sözlərinə görə, Gürcüstan Aİ istiqamətində əsas diqqəti Assosiasiya Gündəliyi və DCFTA çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yönəldib.
İ.Kobaxidze bildirib ki, iki il əvvəl müvafiq öhdəliklərin icra göstəricisi təxminən 65 faiz olub, hazırda isə bu rəqəm 90 faizə çatıb.
"Avropa İttifaqı istiqamətində əsas vəzifəmiz Assosiasiya Gündəliyində və DCFTA-da nəzərdə tutulan addımları atmaqdır. Hazırda müvafiq öhdəliklərin təxminən 90 faizini yerinə yetirmişik və bu istiqamətdə işləməyə davam edirik", - Baş nazir bildirib.
Onun sözlərinə görə, Gürcüstan 2028-ci ilin sonuna qədər bu prosesləri davam etdirmək üçün əvvəlki illərlə müqayisədə daha hazırlıqlı olacaq.
İ.Kobaxidze qeyd edib ki, hazırda Aİ ilə üzvlük danışıqlarının başlanması məsələsi gündəmdə olmasa da, hökumət Assosiasiya Sazişi və DCFTA-dan irəli gələn öhdəliklərin icrası üzərində işi davam etdirir.
Baş nazirin sözlərinə görə, Gürcüstan 2028-ci ilin sonuna qədər, 2024-cü ilin sonunda olduğundan daha yüksək hazırlıq səviyyəsinə çatacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 83 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrKobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
4 oktyabrDiş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi
4 oktyabrABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrGöyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
4 oktyabr