Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?

Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?"AVT Logistics" şirkətində əməliyyatlar başdan-başa onlayn idarə edilir

Son illər texnologiyaların sürətli inkişafı qlobal iqtisadiyyatın bütün sahələrinə təsir edib. Logistika şirkətləri itkiləri azaltmaq, iqtisadiyyatın yeni tələblərini ödəmək və innovativ üsullara işləmək üçün strategiyalarını dəyişdirirlər.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics" Azərbaycanda daşınma və saxlama təchizat zənciri üzrə böyük şirkətidir. Müəssisə müştərilərə təqdim olunan məhsulların yüksək keyfiyyətli və təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Məhsulları mükəmməl keyfiyyətdə çatdırmaq və yollarda qət edilən məsafəni azaltmaq üçün üç temperaturlu yük maşınlarından istifadə edilir və hər gün 58.000 km qət edilərək bütün Azərbaycan üzrə 4.300 nöqtəyə mal çatdırılır.

Şirkət fəaliyyətini rəqəmsallaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Ərzaq təhlükəsizliyini prioritet qəbul edən müəssisə müştərilərə keyfiyyətli məhsulların çatdırılması üçün nəqliyyat vasitələrində hərarət sensorlarından istifadə edir.

Sensorlar soyuq zəncir qırılmalarının qarşısını alır

Məhsulların keyfiyyətinə həm anbarlarda, həm də nəqliyyat vasitələrində sensorlar vasitəsi ilə nəzarət edilir. Saatlıq temperatur göstəriciləri ilə bağlı cavabdeh şəxslərə sistem tərəfindən bildirişlər göndərilir. Temperatur sensorları vasitəsi ilə soyuq zəncir qırılmalarının və keyfiyyət pozulmalarının qarşısı alınır. Müştərilərə keyfiyyətli məhsulların çatdırılması üçün nəqliyyat vasitələrində hərarət sensorları quraşdırılır. İş yerindən kənarda 7/24 istənilən anbar və nəqliyyat üzrə temperatur axışını izləmək mümkündür.

Logistika başdan-başa onlayn idarə edilir

Şirkətdə rəqəmsal transformasiya ilə bağlı dünyada məşhur olan "SAP" layihəsi tətbiq edilir. "SAP" logistik proseslərin tamamilə onlayn idarə olunmasına kömək edir. Proqramın istifadəsində əsas məqsəd vahid proqram təminatının idarə edilməsi və lazım olan anlıq hesabatları izləyə bilməkdir.

Nəqliyyat vasitələrinin hərəkətinə onlayn nəzarət

"AVT Logistics" şirkətində olan nəqliyyat vasitələrinə GPS sistemi tətbiq olunub. Bütün ərazilərə təyin olunmuş nəqliyyat vasitələrində GPS sistemi mövcuddur.
Nəqliyyat vasitələrinin icra etdiyi bütün əməliyyatlar GPS "webtrack.ws" saytı vasitəsi izlənilir. Nəqliyyat vasitələrinin getdiyi ərazilər geozonalara ayrılır. Hər mağazanın özünəməxsus geozonası olur. Nəqliyyat vasitələri bu geozonalara daxil olduqda sistemə bildiriş daxil olur.

Heç bir təmas olmadan çatdırılma

Qrupa daxil olan "Araz" və "OBA" mağazalarına fəaliyyət göstərən nəqliyyat vasitələrinə elektron kilid quraşdırılıb. Elektron kilid depodan yüklənən məhsulların müştəriyə qədər heç bir təmas olmadan çatdırılmasını təmin edir. Elektron kilid-məhsul maşına yüklənir, avtomobilin qapısı bağlanır, qapıdan çıxdıqdan sonra elektron kilid avtomatik olaraq qapanır. Hər nəqliyyat vasitəsinin özünəməxsus xüsusi kodlu elektron açarı olur. O elektron açarlar da nəqliyyat vasitəsinin GPS sisteminə bağlı olur.

"AVT Logistics"də rəqəmsallaşma logistik fəaliyyətlərdə təchizat zəncinin daha səmərəli, sürətli və keyfiyyətli idarə edilməsinə xidmət edir.

Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 778   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

4 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr