Saxta sənədlər hazırlamaqda ittiham olunan Ramil Qasımzadəyə məxsus şirkətlər daha iki tenderin - QALİBİ OLDU

Saxta sənədlər hazırlamaqda ittiham olunan Ramil Qasımzadəyə məxsus şirkətlər daha iki tenderin - QALİBİ OLDUAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin "Unprice" MMC, "Korall Consulting" MMC, "Azprice" MMC, "Azvalue" MMC, "Morion" MMC, "Açar" MMC və "Sorğu Ekspert Mərkəzi" MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olmasına əsaslı şübhələr yaranması səbəbindən aidiyyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

Sonxeber.az FED.az-a istinadla xəbər verir ki, dövlət satınalmasına saxta sənədlər təqdim etməsi faktı öz təsdiqini tapdığından və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr yarandığından Ramil Qasımzadəyə məxsus şirkətlər – "Uniprice" MMC və "Korall Consulting" MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib və ona aid 7 şirkətin hamısı cəmiyyətin "qara siyahısı"na salıb. Eyni zamanda Ramil Qasımzadəyə məxsus bütün sertifikatlar ləğv edilib.

Lakin buna baxmayaraq, R.Qasımzadəyə məxsus şirkətlər bəzi dövlət qurumları tərəfindən elan olunan növbəti tenderlərin qalibi olub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan "Ekspert (mütəxəssis) xidmətlərinin satınalınması -2" üzrə açıq tender müsabiqəsinin qalibi Ramil Qasımzadəyə məxsus "Uniprice" MMC olub. Hansı ki, bundan əvvəl Ramil Qasımzadənin qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları məlumatlandırılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən elan olunan "Ekspert xidmətlərini satınalınması" müsabiqəsinin də qalibi Ramil Qasımzadəyə məxsus "Azvalue" MMC olub. Hər iki müsabiqə 30.08.2023-cü il tarixdə keçirilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qeyd olunan dövlət satınalmalarının ləğv edilməsi və Ramil Qasımzadənin əməlinə hüquqi qiymət verilməsi üçün yenidən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Saxta sənədlər hazırlamaqda ittiham olunan Ramil Qasımzadəyə məxsus şirkətlər daha iki tenderin - QALİBİ OLDUSaxta sənədlər hazırlamaqda ittiham olunan Ramil Qasımzadəyə məxsus şirkətlər daha iki tenderin - QALİBİ OLDU


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1461   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

4 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr