"Femida Könüllüləri" Təşkilatı təsis edilib

"Femida Könüllüləri" Təşkilatı təsis edilibAli Məhkəmədə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə "Femida Könüllüləri" Təşkilatı təsis edilib. Təşkilatın yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığının artırılması, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək, ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, "Femida Könüllüləri" Təşkilatı məqsədlərinə nail olmaq üçün ölkədə fəaliyyət göstərən bütün instansiya məhkəmələrində könüllü fəaliyyətinin sistemli qaydada təşkili, hüquq sahəsində təhsil alan gənclərin bilik və peşəkar bacarıqlarının artırılması istiqamətində çalışacaq. Eyni zamanda, layihələrin təşkili, məhkəmə-hüquq sistemində olan islahatların təbliği və tətbiqinə dair fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, təşkilatın sədri Nilgün Məmmədova ADA Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasının üçüncü kurs tələbəsidir. O, tələbəliyinin ilk illərindən universitetdaxili cəmiyyətlərdə, o cümlədən birinci instansiya məhkəmələrində könüllü fəaliyyət göstərib. 2023-cü ildən etibarən ADA Universiteti nəzdində fəaliyyət göstərən "ADA Law Society"nin rəhbəridir. Sədr müavini Rəfael Məhərrəmli isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasında (tədris ingilis dilində) təhsil alır. Tələbəlik illərində vəkil qurumlarında təcrübə keçib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. O, həmçinin "AIESEC Azərbaycan" beynəlxalq təşkilatının layihə meneceridir.

Digər sədr müavini Xatın Osmanlı 2016-2020-ci illər ərzində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsil alıb. 2021-ci ildə ADA Universiteti Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasına daxil olub. Təhsil müddəti ərzində bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. Xatın Osmanlı "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan"da layihə meneceri və koordinator vəzifəsində fəaliyyət göstərib.
"Femida Könüllüləri" Təşkilatı təsis edilib"Femida Könüllüləri" Təşkilatı təsis edilib"Femida Könüllüləri" Təşkilatı təsis edilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 907   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr
.

Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund

3 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr