Yataqxana yox, kirayə də baha: Türkiyə təcrübəsi problemi həll edə bilərmi?

Yataqxana yox, kirayə də baha: Türkiyə təcrübəsi problemi həll edə bilərmi?Mövsümi olaraq avqust və sentyabrın ilk ongünlüyündə Bakıda kirayə mənzillərə olan tələbat artır. Demək olar ki, hər il tələbələrin kirayə mənzil tapa bilməməsi problemi ilə qarşılaşırıq. Hazırda kirayə mənzil bazarında tələb və təklif balansı pozulub.

Tədris ili yaxınlaşanda valideynlərin ənənəvi problemləri başlayır. Orta məktəblərdə məktəbli forması, ali məktəblərdə kirayə mənzil dərdi. Hər kəs istəyir ki, axtardığını büdcəsinə uyğun, ucuz, amma keyfiyyətli tapsın. Regionlardan ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin valideynləri isə lap çox narahatdırlar. Uzaq, nabələd yerdə valideynlər uşaqlarının kirayəçi ilə birlikdə yaşamasını istəsələr də, tələbələr özləri buna qarşıdır. Universitetə yaxın, metro çıxışlarında mənzillərə isə yaxın durmaq mümkün deyil.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqalədə deyilir:

"Evi qaytaranda aldığımızdan çox təmirinə pul xərcləyirik"

Metronun "İnşaatçılar" stansiyası yaxınlığında yerləşən binada mənzilini kirayə verən şəxs deyir ki, bir neçə il öncə tələbə oğlanlar mənzili yaman günə salıb: "Mənim də oğlum var, lakin o, heç bir kirayə qaldığı mənzilə bu cür laqeyd yanaşmayıb. Bir neçə il öncə 3 tələbə oğlan mənzil axtararkən mənimlə əlaqə saxladı. Evim 2 otaqlıdır. Metro yaxınlığında olmasını istədiklərini dedilər. Dəvət etdim, gəlib baxdılar. Öncədən səliqəli saxlamalarını, öz evləri kimi yanaşmalarını desəm də, il sonunda vəziyyət ürəkaçan olmadı.

Döşəmə cızıq-cızıq, soyuducu xarab, kondisionerin pultu çilik-çilik, hamam otağında səliqəsizlik... Məsələ burasındadır ki, mənim kimi bir çox mənzil sahibləri sırf bu problemə görə insanlardan sənəd istəyir, sorğu-sual edir. Çalışırıq insanın necə biri olduğunu anlayaq. 400-500 manata kirayə verdiyimiz evi geri təhvil alanda aldığımızdan çox təmirinə pul xərcləyirik. Qiyməti də qaldıranda deyirlər bahadır, insafsızlıq edirsiniz. Qızlar nisbətən səliqəli baxır evə, amma onlarda da ayrı problem yaşayırıq. Evi 3 nəfərə kirayə veririk, 6 nəfər qalırlar. Tələbə yoldaşlarını da gətirirlər, kirayə pulu daha az olsun deyə. Tələbələr kirayə mənzil tapmır, amma kirayə mənzillərdən gəlir götürən şəxslər də normal kirayənişin tapa bilmirlər".

"Heç bir ay öncədən də kirayə üçün ev tapa bilmədik"

Bu il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olan N.Zeynalova deyir ki, bir ay öncədən ev axtarmağa başlayıb: "Zaqatalada yaşayıram və ali təhsil almaq üçün Bakıya gəlmişəm. Qəbul olunduğumu eşidəndə sevindim, amma kirayə mənzil problemi ürəyimi sıxdı. Hər kəs deyirdi ki 1 ay öncədən ev tapmaq lazımdır, yoxsa tapa bilməyəcəksən. İnanın ki, heç 1 ay öncədən də tapa bilmədik. Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında mənzil axtardım, amma 600 manatdan aşağı yoxdur. Olanlar isə çox səliqəsiz, təchizatsız mənzillərdir, aylıq 450 manat kirayə haqqı istəyirlər. Otaq yoldaşı tapmaq da çətindir. İnsan hər kəslə eyni mənzili bölüşə bilmir. Bir nəfər güc-bəla ilə tapırıq, onda da aylıq ödəniş çox olur. Universitetlərə yataqxanalar ayrılsaydı, yaxşı olardı".

Ekspertlər isə düşünürlər ki, son dövrlərdə paytaxta gələn qonaqların sayının artması, yay fəsli ilə bağlı istirahətə gələnlər, eləcə də ölkənin investisiya cəhətdən diqqət mərkəzində olması bu problemlərə təsir edən amillərdəndir.

Ekspert Türkiyə təcrübəsini təklif edir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyir ki, müharibədən qalib çıxan bir ölkə olaraq Azərbaycanın investisiya cazibədarlığı daha da artıb: "Digər tərəfdən, mövsümi olaraq avqust və sentyabr ayının ilk on günlüyündə kirayə mənzillərə tələbat artır. Hər il biz tələbələrin kirayə mənzil tapa bilməməsi problemi ilə qarşılaşırıq. Hazırda kirayə mənzil bazarında tələb və təklif balansı pozulub. Bu məsələnin digər alternativ yollarla həllinə çalışılmalıdır. Həll yolu isə Türkiyə təcrübəsində olduğu kimi tələbə yurdları, sovet dövründəki kimi tələbə yataqxanaları inşa etməkdir. Çünki bu gün tələbələrin tək yaşamaq imkanı yoxdur. Şəraitsiz, birotaqlı mənzilin kirayəsi 400-500 manat aralığında dəyişir. Tələbələr bir araya gəlib ödənişi öz aralarında bölməyə çalışırlar. Lakin mənzil sahibləri də bir otaqlı evdə çox tələbənin qalmasını istəmirlər".

Komfort istəyənin əli cibində gərək

Ekspert onu da əlavə edib ki, bu gün kirayə bazarında qiymətlər bahalaşıb: "Qiymətlər həyət evləri üçün 300-350 manat aralığında, köhnə tikililərdə 450-500, yeni tikililərdə isə komfort səviyyəsindən asılı olaraq 600-700 manat arasında dəyişir. Metro çıxışlarına yaxın, eləcə də şəhər mərkəzində tam əşyalı kirayə mənzillərin 800 manat və daha baha qiymətə təklif edildiyini görürük. Ən çox tələb olunan mənzillər qanuni bir otaq olub, iki otağa düzəldilən mənzillərdir. Bəzi mənzillər isə xarici vətəndaşlar üçün nəzərdə tutulur və kirayə haqları təxminən 1500 manatdan başlayır. Bu mənzillərin kirayəsi ilə bir qrup şəxslər məşğul olur. Bu mənzillər kirayə bazarında cüzi bir hissəni təşkil edir. Makler köməyi ilə əldə edilən mənzillərin aylıq kirayə haqqından əlavə onlara da müvafiq ödənişlər edilir. Bu da mənzil axtaranlara o qədər də sərf etmir".

V.Oruc bildirdi ki, ailələr övladlarına tək qalması üçün kirayə mənzil tapa bilmirsə, alternativ yollara baş vururlar: "Daha uzaq ərazilərdə mənzil axtarmağa başlayırlar. Bu halda da yol xərci, digər xərclər qaçılmaz olur. Yaxşı olar ki, ailələr kirayə mənzil axtarışına bir qədər erkən başlasınlar. Amma bu problemin həlli üçün dövlət səviyyəsində müdaxilə mütləqdir".

Tələbə yataqxanasını biznesə çevirmək olar

Özəl tikinti şirkətlərinin, sahibkarların bu sferada yeni biznes növü yarada biləcəklərinə diqqət çəkən ekspert qeyd edib ki, bir yataqxana tikib mütəmadi gəlir mənbəyi kimi biznesə çevirmək mümkündür: "Bir binanı inşa edib satmaq ayrı biznesdir, bir şəhərcik, yataqxana inşa edib onu güzəştli şərtlərlə istifadəyə vermək isə ayrı biznes növüdür. Bu da özəl biznes nümayəndələrini maraqlandırar. Bu həm problemin həllinə, həm də biznes sahəsində yeni inkişaf qollarının, istiqamətlərin yaranmasına töhfə verə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1237   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi

25 aprel
.

Göyçayda marketdə yanğın - Video

Göyçay şəhərində yerləşən marketdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketi

25 aprel
.

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml

26 aprel
.

Sabah 24 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayi

25 aprel
.

Ağır qəzada ölən baytarın FOTOSU

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:

25 aprel
.

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli dostlar,. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmas

26 aprel
.

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna

25 aprel
.

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı

26 aprel
.

Qeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən

26 aprel