Bazarlarımızda satılan meyvə-tərəvəz yoxlanılırmı?

Bazarlarımızda satılan meyvə-tərəvəz yoxlanılırmı?Xaricdən geri qayıdan məhsulların tərkibində əksərən, bitkiçilik üçün təhlükəli mikroorqanizmlər olur. Yəni, o hansı ölkəyə gedərsə, orada yayıla bilər. Ekspertlərin qənaətincə, bu mikroorqanizmlərlə mübarizə düzgün aparılmır.

Ötən həftə Azərbaycandan Rusiyaya ixrac olunan 47 ton pomidor və 14 ton çiyələk saxlanılıb. Ümumilikdə, ölkə ərazisindən Rusiyaya 61 ton bitki məhsulunun ixracı qadağan edilib. Tək pomidor və çiyələk deyil, tez-tez kartof və digər tərəvəzlərlə də bağlı belə hallarla rastlaşırıq. Müşahidələrimizə əsasən, xaricə göndərilən meyvə-tərəvəzin tərkibi ciddi şəkildə yoxlanılır. Bəs ölkə daxilində necə? Daxili bazarlarda satılan, bizim hər birimizin mətbəxini, süfrələrimizi bəzəyən meyvə-tərəvəz yoxlanılırmı?

"Kaspi" qəzeti bu sualların izilə mövzunu araşdırmağa çalışıb.

Daxili bazarda təhlükəli nüans

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, daxili bazarda ən təhlükəli nüans yerli kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxmasıdır: "Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) əsasnaməsinə baxsaq görərik ki, qarşılarında çox hədəflər qoyulub. Onların vəzifəsi tək Azərbaycan istehlakçılarının qida təhlükəsizliyinin təmin olunması yox, eləcə də Azərbaycan mallarının xarici bazara çıxarılmasına yardım etməkdir. Lakin dəfələrlə məhsullarımız geri qaytarılıb. Burada ciddi məsələlərdən biri Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxmasıdır. Xaricdən geri qayıdan məhsulların tərkibində əksərən, bitkiçilik üçün təhlükəli mikroorqanizmlər olur. Yəni, o hansı ölkəyə gedərsə, orada yayıla bilər. Təəssüflər olsun ki, bu mikroorqanizmlərlə mübarizə düzgün aparılmır".

185 ölkə arasında 115-ci yerdəyik

Mütəxəssisin sözlərinə görə, ölkə bazarlarında satılan meyvə-tərəvəz məhsullarının keyfiyyəti istənilən səviyyədə yoxlanılmır: "AQTA-nın əsasnaməsində keyfiyyət barədə qeyd yoxdur. Qida həm təhlükəli ola bilər, həm də keyfiyyətsiz. Təhlükəli qida insanı bir anda öldürər. Təhlükəsiz və keyfiyyətsiz qida isə bunu bir neçə aya edər. Biz necə qidalandığımızı apteklərdə dərmanların satılmasında, xəstəxanalarda növbələrin çoxluğunda görürük. Ən əsası isə, Ümumdünya Səhiyyə Təşkilatının insan ömrünün uzunluğuna dair siyahısında 185 ölkə arasında 115-ci yerdəyik. Belə bir şəraitdə əlbəttə, Azərbaycanın əmtəə bazarında olan kənd təsərrüfatı məhsullarının tərkibində şübhələr yaranır".
Bazarlarda açıq satılan məhsullar yoxlanılmır

Həmsöhbətimiz deyir ki, hər il rəhbərlik etdiyi birliyin xətti ilə sadə aparatlarla qarpız və yemişlərin tərkibi yoxlanılır. Bu tərəvəzlərin tərkibində nitratların miqdarı çoxdur: "Nitrat bağırsaq mikroorqanizmlərinin fəaliyyətində kəskin zəhər olan nitritə çevrilir. Alınan bu maddə orqanizmdə maddələr mübadiləsində iştirak edərək insan və heyvanlar üçün ciddi təhlükə yaradır. Nitrat suda, torpaqda və nəhayət, bitkinin bütün orqanlarında həddən artıq toplanır. Bu isə azot gübrəsinin torpağa tələb olduğundan artıq verilməsi ilə bağlıdır. Qarpız və yemişin tərkibində nitratlar ildən-ilə azalsa da, hələ istənilən səviyyədə deyil. İnsanlar hansı kənd təsərrüfatı məhsulunun tərkibində nə olduğunu bilmirlər. Onu yalnız laboratoriyalar araşdırır. Ona görə də vətəndaşlar nəinki daxili bazarda yoxlanmayan, hətta xarici bazardan da geri qaytarılan məhsulları tükədirlər. Bazarlarda açıq satılan məhsullar yoxlanılmır. Məsələn, Azərbaycanda daim fındıq və qozun tərkibində göbələklər olur ki, bu insan sağlamlığı üçün təhlükəlidir. AQTA ilə fermer təsərrüfatları sıx işləməli, güclü nəzarət olmalıdır".

Bəs AQTA nə deyir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Kaspi"yə verilən məlumata görə, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür: "Eyni zamanda, ölkəmizdən xaricə ixrac olunan qida məhsulları, eləcə də fitosanitar nəzarətinə aid olan bitkiçilik məhsulları üzərində zəruri nəzarət tədbirləri həyata keçirilir".

Qurumdan verilən məlumata görə, məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir: "Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Ölkəmizdən ixrac olunan məhsullar isə idxalçı ölkənin tələbləri nəzərə alınmaqla laborator analizlərə cəlb edilir və müşayiətedici sənədlər, ixrac sertifikatı ilə təmin olunur. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, idxal olunan məhsul geri çağırılır, məhv edilir və ya utilizasiya olunur, ixrac zamanı isə məhsullara ixrac sertifikatlarının verilməsindən imtina olunur".

Həmçinin qurum sahibkarlarla tez-tez maarifləndirici görüşlər keçirdiyini, onlara qanunvericiliyin tələbləri izah olunduğunu bildirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1232   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni siyasi və geosiyasi mərhələsində qarşıya qoyulan hədəflər

Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi diqqət çəkir. Qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışında ölkənin keçdiyi tarixi yolun, əldə edilmiş siyasi, hərbi və iqtisadi nəticələrin

3 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr