Hikmət Babaoğlu: "Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir"
"Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir".
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən "Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət" adlı tədbirdə deyib.
Qərbi Azərbaycan coğrafiyasının məhz ümummilli mədəniyyətimizin mərkəzlərindən biri olduğunu vurğulayan H.Babaoğlu keçirilən tədbirin ilk növbədə milli-etnik arealımızın necə böyük olmasından xəbər verdiyini bildirib:
"Hazırda ermənilər tərəfindən etnik təmizləmə siyasətinin qurbanı olmuş azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq şansının yarandığı bir vaxtda bu, milli mədəniyyətimizin bütövlüyünü göstərir. Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir. 2022-ci ilin dekabr ayında Azərbaycan Prezidenti Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı konseptual bir çıxış etdi. Hazırda bu, bir tarixi fürsətdir, bir tarixi hadisədir ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı məsələnin də danışıqların bir predmeti olduğunu dilə gətirdi. Bu, əlbəttə, mühüm bir tarixi hadisədir. Buraya toplaşan Qərbi azərbaycanlılar hər birimiz əminik ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıtmaqla, yaratdığımız mədəniyyət nümunələrinin inkişafını yeni nəsillə birlikdə davam etdirəcəyik. Ona görə də burada iştirak edən hər kəsə təşəkkür edirəm. Bugünkü tədbirdə mətbəx nümunələri, xörəklər də yer alır. Bizlər əminik ki, bir gün bu nemətlərin İrəvanda, Zəngəzurda dadına baxacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabr