Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.
Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi.
Qeyd edək ki, Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.
Sənət fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi başlayıb. 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərib. Burada aktyor, 1978-1990-cı illərdə rejissor assistenti, 1991-ci ildən isə quruluşçu rejissor kimi çalışıb. 3 fevral 1993-cü ildən 2026-cı ilə qədər teatrın baş rejissoru olub.
Şarovski yaradıcılığı ərzində 50-dən çox obraz yaradıb, 4 filmdə rol alıb və 50-dən çox tamaşaya quruluş verib.
Onun səhnədə yaratdığı obrazlar arasında Don Quan, Roland, Rezo, Eldar, Beriya, Şeyx Sənan, Fərhad, Kral Lirin Qenrixi və Mehmandarov kimi rollar yer alır.
Aktyor kimi "Anın quruluşu", "Qorxma, mən səninləyəm", "Bağ mövsümü", "Gənc qadının kişisi", "Bir nəfər hamıya görə", "Dundukley", "Lətifə", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Nigarançılıq", "Bir anın həqiqəti", "Hökmdarın taleyi" və digər filmlərdə çəkilib.
Rejissor kimi isə Anton Çexov, Uilyam Şekspir, Toma, Rüstəm İbrahimbəyov, Elçin və digər müəlliflərin əsərləri əsasında tamaşalara quruluş verib. Onun quruluş verdiyi səhnə əsərləri arasında "Qu quşunun nəğməsi", "Kin IV", "Petlya", "İkinci atəş", "Qağayı", "Teatr", "Qatil", "Fərhad və Şirin" və digər tamaşalar var.
Aleksandr Şarovski 1998-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb. O, həmçinin "Şərəf" və "Şöhrət" ordenləri, Rusiyanın "Dostluq" ordeni, "Puşkin" medalı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və digər mükafatlarla təltif olunub.
Şarovski eyni zamanda Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulLuvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli
15 oktyabrFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqust"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23 oktyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust