Putin Ərdoğana Mixail Qusmanın onun haqqında çəkdiyi filmi təqdim edib

Putin Ərdoğana Mixail Qusmanın onun haqqında çəkdiyi filmi təqdim edibRusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə ona TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi karyerasından bəhs edən sənədli filmini təqdim edib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Qusman "Hakimiyyət formulu" silsiləsinə aid olan növbəti filmini iyunda təqdim edib.

Təxminən 25 dəqiqə davam edən filmə Qusmanla Ərdoğanın dörd müsahibəsindən fraqmentlər daxil edilib (birinci müsahibə 2005-ci ildə, Ərdoğan Türkiyənin Baş naziri olarkən alınıb).

Film Ərdoğanın uşaqlıq, məktəb və universitet illərindən bəhs edir. Türkiyə lideri qeyd edib ki, o, təxminən, 17 yaşında siyasətlə məşğul olmağa başlayıb, gənclər, rayon təşkilatlarında, partiya orqanlarında çalışıb, daha sonra İstanbulun bələdiyyə sədri olub. Ərdoğanın sözlərinə görə, hakimiyyət zəhmət və böyük məsuliyyət tələb edir, siyasət isə risk deməkdir. Filmdə liderin şəxsi həyatından da danışılıb: gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsi, dinə münasibət, futbola sevgi.

Qusman qeyd edib ki, Ərdoğanın hakimiyyət zirvəsinə gedən yolu asan olmayıb, lakin ölkəyə rəhbərlik etdiyi illər ərzində o, Türkiyənin daha da güclənməsini təmin edə bilib və nəticədə, dünyada onun rəyi nəzərə alınır./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1711   Tarix: 04 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Tramp ABŞ-ın strateji neft ehtiyatlarının tezliklə bərpa olunacağını açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın tezliklə strateji neft ehtiyatlarını artırmağa başlayacağını açıqlayıb. xəbər verir ki, Tramp Alabama ştatının Mobil şəhərində keçirilən seçki kampaniyası zamanı deyib: "Biz strateji ehtiyatlarımızı çox tezliklə pulsuz şəkildə artıracağıq". Eyni zamanda, AB

3 oktyabr
.

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini

4 oktyabr
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr
.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

4 oktyabr