Nobel həftəsinin tarixi və yeri açıqlandı

Nobel həftəsinin tarixi və yeri açıqlandıBu il Nobel həftəsi oktyabrın 2-dən 9-dək Stokholm (İsveç) və Osloda (Norveç) baş tutacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi saytında xəbər verilib.

Həmin həftə ərzində fiziologiya və tibb (oktyabrın 2-də), fizika (oktyabrın 3-də), kimya (oktyabrın 4-də), ədəbiyyat (oktyabrın 5-də), sülh (oktyabrın 6-da), eləcə də iqtisadi elmlər üzrə (oktyabrın 9-da) Nobel mükafatları laureatları elan ediləcək.

Məlumata görə, fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Təqdimat mərasimi dekabrın 10-da - mükafatların təsisçisi Alfred Nobelin (1833-1896) vəfat etdiyi gündə baş tutacaq.

Yeri gəlmişkən qeyd edək ki, Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə dəvətini İsveçdə sərt reaksiya səbəbindən geri götürüb. Müvafiq bəyanat təşkilatın saytında dərc olunub.

"Biz İsveçdə bu qərarı (bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək) tamamilə kölgədə qoyan kəskin reaksiyanı nəzərə aldıq. Ona görə də qərara gəldik ki, təcrübədən keçən ötənilki istisnanı təkrar edək, yəni Stokholmda keçirilən Nobel mükafatı mərasiminə Rusiya, Belarus və İran səfirlərini dəvət etməyək", - deyə fonddan bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 853   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl

12 iyul
.

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür. xəbər verir ki, 10 il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticay

15 iyul
.

Qətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi

Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib. TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır. Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

ABŞ senatoru Lindsi Qrem vəfat edib

ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi

12 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12 iyul