Yunanıstan qaçqınlarla bağlı Türkiyə ilə yeni saziş imzalanmasını istəyir
Yunanıstanın miqrasiya və sığınacaq naziri Dimitris Keridis ölkəyə qeyri-qanuni miqrant axınının artması fonunda Berlinin vasitəçiliyi ilə Türkiyə ilə qaçqınlarla bağlı yeni sazişin bağlanmasını zəruri hesab edir.
O, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib.
Yunan nazirin sözlərinə görə, Türkiyə Avropa İttifaqında (Aİ) ilk növbədə Almaniyanı dinləyir və buna görə də Yunanıstan tərəfi rəsmi Ankara ilə Türkiyənin Qərb və Avropa ilə əlaqələrini bərpa etməyə yönələcək saziş bağlamağı planlaşdırır.
D.Keridis Şərqi Aralıq dənizi deyilən miqrasiya marşrutuna nəzarət etdiyi üçün Türkiyənin Aİ-yə qeyri-qanuni miqrant axınının qarşısını almaq baxımından vacib ölkə olduğunu söyləyib. "Mütləq yeni sazişə keçməliyik", - o deyib.
Xatırladaq ki, 2016-cı ildə Türkiyə ilə Aİ arasında qeyri-qanuni miqrant axınının azaldılması üzrə tədbirləri nəzərdə tutan saziş imzalanıb. Razılaşmaya əsasən, Aİ Türkiyə vasitəsilə Yunanıstan adalarına gələn qaçqınları geri göndərə bilər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu il Türkiyədən Yunanıstana quru və dəniz yolu ilə 19 676 miqrant gəlib. Bu isə ötən ilin bütün dövründəki göstəricidən (18,7 mindən çox qeyri-qanuni miqrant) də çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 651 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
4 oktyabrƏfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabr"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı
4 oktyabrÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrGöyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
4 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrYaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
3 oktyabr