Azərbaycanda düyü ucuzlaşacaq

Azərbaycanda düyü ucuzlaşacaq"2018-ci ildə ölkədə çəltikçiliklə bağlı təsdiq olunan "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na əsasən müəyyən işlər davam etdirilir.

Bu proqramın qəbulundan sonra ölkədə çəltikçiliyə maraq daha da artıb. Hətta müəyyən irəliləyişlər əldə edilib və əlavə torpaq sahələri ayrılıb".

Bu sözləri Bizim.Media-ya açıqlamasında "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.

R.Əliyev qeyd edib ki, çəltikçilik Azərbaycanın ənənəvi istehsal sahəsidir və daha çox Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur.

Onun sözlərinə görə, artan maraq sayəsində bəzi bölgələrdə əhali çəltikçiliklə daha ciddi məşğul olmağa başlayıb:

"Hazırda onların sayı təxminən 2200 nəfərə yaxındır. Hətta bəzi sahibkarlar tərəfindən torpaq sahələri icarəyə götürülür və əkin aparılır. Dövlət tərəfindən onlara müəyyən qədər dəstək verilir və hər hektara görə onların hər birinə 360 manat subsidiya verilir. Hazırkı məqamda yararsız, şoran torpaqları da bərpa etmək mümkündür.

Ölkənin bir çox yerlərində belə sahələr kifayət qədərdir və onları həm bərpa etməklə, həm də su çəkməklə yenidən yararlı hala salmaq, əkmək və məhsul götürmək mümkündür.

Dövlət Proqramında da çəltik sahələrinin artırılaraq 10 min hektar sahəyə, məhsuldarlığın isə artırılması ciddi şəkidə nəzərdə tutulub.

Son vaxtlar İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb və hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində - Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb".

Müsahibimiz vurğulayıb ki, bu gün ölkənin bu məhsula olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir:

"Düyü əsasən Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan idxal edilir. Təkcə 2022-ci ildə ölkəyə 50 min tondan çəltik idxal olunub ki, bu da təxminən 43 milyon dollardan çox vəsaitin ölkədən çıxması deməkdir.
Bunun qarşısını almaq lazımdır. Müəyyən hissəsini yerli istehsala yönəltməklə həm daxili istehsalı stimullaşdıra, həm də idxaldan asılılığımızı azalda bilərik. Bundan başqa, əhali arasında maarifləndirmə aparmaqla onlarda bu sahəyə marağı artırmaq olar".

Müsahibimiz bölgələrdə bəzi sahibkarlar tərəfindən çəltiyin emalı, qablaşdırılması və istehsal prosesləri ilə bağlı müəssisələr yaradıldığını diqqətə çatdırıb:

"Dövlət proqramının qəbulundan sonra, Lənkaran-Astara bölgəsində müasir tipli 5 istehsal müəssisəsi qurulub. Hazırda 2 qurutma, çeşidləmə və qablaşdırma fabriki, eyni zamanda 2 dəyirman tikilir.

Bu müəssisələr ən müasir avadanlıqlarla təchiz olunacaq, uzun və nazik düyülərin keyfiyyətli emalı həyata keçiriləcək".

İH sədrinin sözlərinə görə, illik göstəricilərə əsasən, düyü şəklində 9-10 min ton, çəltik şəklində isə 15-16 min ton məhsul istehsal olunur:

"Bu da 35-40 sentner təşkil edir ki, ümumi tələbatımızın 12-15 faizə qədərinin təmin olunması deməkdir. Ölkəmizdə əsasən "Haşimi", "Avanqard", "Sədri" və "İstiqlal" sortları əkilir. Əkində həmçinin, bəzi türk sortlarından da istifadə olunur.

Azərbaycanda müasir və sertifikatlaşdırılmış sortlardan istfadə olunsa, eyni zamanda suvarma təminatı düzgün təşkil olunsa, illik 60-70 sentner məhsul götürmək olar".

R.Əliyevin sözlərinə görə, oktyabrın sonu, noyabrın əvvəlində məhsul yığıma gedəcək:

"Bu da özünü bazarda hiss etdirəcək və gələn ilin fevral ayının sonlarına qədər qiymətlərin aşağı düşməsinə təsir edəcək. Biz yerli məhsulumuzu bazara çıxarmaqla gəlir götürmək istəmirik və əsasən daha ucuz məhsulun çıxarılmasını istəyirik".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2999   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr