"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın növbəti qələbəsidir" - DEPUTAT
"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın növbəti qələbəsidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Xankəndiyə çatıb:
"Ermənistanın qondarma rejiminin təxribatlarına baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində atılan müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirə bilərik.
Təəssüf ki, Ermənistan tərəfi 3 ilə yaxındır ki, üçtərəfli bəyanatla üzərlərinə götürdükləri öhdəlikləri icra etmir və qanunsuz erməni silahlı birləşmələri Qarabağda qalmaqdadır. Ermənistan və havadarları müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Ağdam-Xankəndi yolunun açılması bu istiqamətdəki planların iflasa uğraması deməkdir. Belə ki, Ağdam-Xankəndi yolunun açılması ermənilərin ölkəmizə qarşı elan etdikləri "Humanitar müharibə"-nin bizim qələbəmizlə sonlanmasıdır".
Deputat vurğulayıb ki, Azərbaycanın razılığı Xankəndi-Ağdam yolu açıldı:
"Bu yolun açılması bir daha göstərdi ki, Azərbaycan ərazisinə istənilən təyinatlı yük və yardım yalnız Azərbaycanın tərəfinin icazəsi və onun təklif etdiyi marşrutla daşına bilər. Yaxşı olardı ki, Ermənistan Azərbaycanın hər cəbhədəki qələbəsi ilə barışıb, bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini imzalasın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1263 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrBakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabr