Ay Günəşə görə hər gün iki dəfə silkələnir

Ay Günəşə görə hər gün iki dəfə silkələnir"Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları onlara uyğun qurmaq olar".

Bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından məlum olub. Onların tədqiqatları "Journal of Geophysical Research: Planets" ("JRG: Planets") elmi jurnalında dərc olunub.

Mütəxəssislər bu təkanların səbəbini Günəş şüaları ilə qızma nəticəsində Ayın səthində temperaturun qəfil dəyişməsi ilə izah ediblər.

"İzolyasiya edən atmosferi olmadığından Ayın səthi bir gündə +120 dərəcəyə qədər qıza və sonra -133 dərəcəyə qədər soyuya bilər. Temperaturun dəyişməsi Ay bünövrəsinin sıxılmasına və genişlənməsinə səbəb olur ki, bu da kiçik Ay zəlzələləri ilə nəticələnir", - deyə tədqiqatçılar izah ediblər.

Tədqiqatçılar Yerin peykində qeyri-adi seysmik aktivlik mənbəyini də aşkar ediblər. Buranın 1976-cı ildə Aya yollanan "Apollon 17" kosmik gəmisinin eniş yeri olduğu ortaya çıxıb. Bildirilir ki, metal konstruksiyalar o qədər güclü qızıb ki, onların vibrasiyasını seysmometrlərdən istifadə etməklə də aşkar etmək mümkün olub.

Ekspertlərin sözlərinə görə, Ay zəlzələlərinin təbiətini başa düşmək gələcək insanlı missiyalar və Ayda bazaların yaradılması üçün vacibdir.

Bundan əlavə, yeraltı təkanlar nüvəni öyrənməyə imkan verir. Belə ki, seysmik dalğalar müxtəlif materiallar vasitəsilə müxtəlif sürətlə yayılır, bu isə alimlərə buz yataqlarının və digər resursların axtarışına kömək edə bilər./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1507   Tarix: 12 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021