İnflyasiyada KƏSKİN ENİŞ - Ərzaq ucuzlaşacaq?

İnflyasiyada KƏSKİN ENİŞ - Ərzaq ucuzlaşacaq?Cari ilin avqust ayında istehlak inflyasiyası 12 faiz aşağı düşüb. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı son məlumatda, avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin avqust ayına nisbətən isə 108 faiz təşkil etdiyi göstərilib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1 faiz, 2022-ci ilin avqust ayına nisbətən 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100%, əvvəlki ilin avqust ayına nisbətən 108,3% təşkil edib.

Avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu statistika əsasında yeni suallar ortaya çıxır:

Qiymət artımlarının tempi aşağı düşməkdə davam edəcəkmi? Qonşu dövlətlərlə müqayisədə, Azərbaycanda inflyasiya hansı həddədir və bu, necə tənzimlənir?

"Bu enmə müvəqqəti xarakter daşıyır. Ola bilsin ki, mövsümi xarakter daşıyan məhsullara tələb azaldığı üçün qiymətlər ucuzlaşa bilər. Əvvəlcə qiymətlər 25-30 faiz bahalaşır, sonra bunun nisbətində 12 faiz ucuzlaşırsa, bu o demək deyil ki, enmələr bundan sonra da davam edəcək. Bir sözlə, qiymət artımları bizdən asılı deyil".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Bizim.media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn səsləndirib.
Onun sözlərinə görə, ətrafımızda baş verən proseslər inflyasiyanı şiddətləndirən hallardır:

"Əsasən də Azərbaycanla böyük ticarət əlaqələrinə malik Rusiyada və Türkiyədə valyutaların dəyərdən düşməsi və Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymət artımları zaman keçdikcə daha kəskin xarakter alacaq və uzun müddət davam edəcək, ölkəmizdə baş verən artımlar növbəti illərdə də qaçılmaz olacaq. Qarşısını almaq isə mümkün deyil. Bunların qarşısını almaq ölkəmizə təsirlərini minimuma endirmək üçün daxili istehsal gücümüzü artırımalıyıq".

Azərbaycandakı inflyasiyanı Türkiyədə və Rusiyada baş verən proseslərlə əlaqələndirən ekspert bildirib ki, qardaş ölkənin milli valyutasında bir neçə həftədir nisbi sabitlik olub:

"Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30 faizə qədər qaldırdıqdan sonra lirə bir qədər sabitləşdi. Ümumiyyətlə, bu ölkədə qiymətlər sabit deyil və səhər tezdən bir qiymət, axşam isə başqa bir qiymət müəyyən edilir. Rusiyada isə sanksiyalar səbəbindən rublun vəziyyəti elə də ürəkaçan deyil və tez-tez qiymət dəyişikliyi baş verir. Azərbaycanda isə belə deyil və qiymətlər baha olsa da, sabit qalır. Bu ölkələrlə müqayisədə 12 faizlik inflyasiya normaldır".

Azərbaycan Mərkəzi Bankının son uçot dərəcəsini 11 faizdən bir qədər aşağı səviyyədə saxladığını deyən ekspert, bunun istehsalda müəyyən nəticələrinin olduğunu bildirib:

"Əsasən də kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən artımlar nəzərə çarpmaqdadır. Ölkəmizin tələbatın müəyyən hissəsini daxili istehsal hesabına ödədiyimizə görə, inflyasiya elə də çox təsir etmir. Bu gün neftin qiymətində də sabitlik, həm də neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda ölkəyə daxil olan gəlirlər səbəbindən manat dəyərini sabit saxlayır və mövqeyini daha da gücləndirir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1960   Tarix: 13 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr