Moskvada İlon Maskın üstünə tüpürüblər
Rusiya təşkilatının nümayəndəsi istismardan çıxarılan sovet daşıyıcı raketləri almağa çalışan sahibkar İlon Maskın üstünə tüpürüb.
Hadisə İlon Maskın 2002-ci ildə Moskvaya səfəri zamanı baş verib.
Həmin vaxt o, hələ təzə-təzə Marsa uçmaq barədə düşünür və bunun üçün Rusiyadan alınmış kosmik texnologiyadan istifadə edəcəyinə ümid bəsləyirdi. Onu əvvəllər planetlərarası stansiyaların və hərbi peyklərin hazırlanmasında iştirak etmiş amerikalı mühəndis Cim Kantrell müşayiət edib.
Səfər elə lap əvvəlindən yaxşı getməyib. Səfərin ilk günü Mask çox içib və huşunu itirib. Axşama doğru o, özünə gəldikdən sonra digər bir rus təşkilatında danışıqlara gəlib və yad planetlərin müstəmləkəçiliyi haqqında danışmağa başlayıb.
C. Kantrell iddia edir ki, Maskın çılğınlığı onların həmsöhbətini açıq-aydın qəzəbləndirib.
"Bu raketlər hansısa kapitalistlər öz axmaq missiyaları üçün Marsa uçsunlar deyə yaradılmayıb! Sizin baş mühəndisiniz kimdir?", - deyə Rusiyanın nümayəndəsi hiddətlənərək soruşub.
Mask onun baş mühəndis olduğunu etiraf edib. Bundan sonra isə təşkilatın nümayəndəsi onun üstünə tüpürüb.
"O, bizim üstümüzə tüpürdü?", - deyə İ.Mask bunu heç cür gözləmədiyi üçün gözlərinə inanmayaraq C.Kantrelldən soruşub.
"Tüpürdü. Mənə elə gəlir ki, o, öz hörmətsizliyini nümayiş etdirmək istəyirdi", - deyə onu müşayiət edən mühəndis təsdiqləyib.
Səfər uğursuzluqla başa çatıb. Mask sovet raketlərini əldə edə bilməyib və anlayıb ki, raketləri özü işləyib hazırlamalı olacaq. Elə həmin il o, "SpaceX" şirkətini qurub, Kantrell də həmin şirkətin vitse-prezidenti olub.
Bu barədə Uolter Ayzekson "İlon Mask" kitabında yazıb.
Qeyd edək ki, sentyabrın 12-də "SpaceX" və "Tesla"nın yaradıcısının həyatından bəhs edən "İlon Mask" bioqrafik kitabı nəşr olunub. Kitabda əvvəllər məlum olmayan faktlar açıqlanır.
Xatırladaq ki, kitabın müəllifi daha əvvəl "Apple" şirkətinin qurucusu Stiv Cobsun bioqrafiyasını yazıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1333 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
4 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrDiş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi
4 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabr