Bakının azad edilməsindən 105 il ötür

Bakının azad edilməsindən 105 il ötürBu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasından 105 il ötür.

"Qafqazinfo" xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabrın 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir:

"Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu".

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

4 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr