Vətən müharibəsində əldə etdiyimiz zəfərdə "Əsrin müqaviləsi" mühüm pay sahibidir

Vətən müharibəsində əldə etdiyimiz zəfərdə "Əsrin müqaviləsi" mühüm pay sahibidirAzərbaycanın müstəqil dövlət kimi dayanıqlı və sabit inkişafının təməlini təşkil edən "Əsrin müqaviləsi"nin imzalanmasının 29 ili tamam olur. Ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş" imzalandı. Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. Həmin il, dekabrın 12-də "Əsrin müqaviləsi" Azərbaycan parlamentində ratifikasiya olunub.

"Kaspi" qəzetinin "Əsrin müqaviləsi"nə həsr etdiyi məqaləsində deyilir:

"Əsrin müqaviləsi" dünyaya sübut etdi ki...

Müəllifi ümummilli lider olan bu sazişlə Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub. Hansı ki, sonrakı illərdə ölkəmizin iqtisadi inkişafının lokomotivini təşkil edib. "Əsrin müqaviləsi" bütün dünyaya bir daha sübut etdi ki, bundan sonra təbii sərvətlərimizin əsl sahibi Azərbaycan xalqıdır. Bu sərvətlər ölkəmizin suverenliyinin, milli mənafeyinin qorunmasına, iqtisadi və strateji maraqlarımızın təmininə xidmət edəcək. Dövlətimizin təhlükəsizliyinin təminində əsas qarantlardan biri olacaq. Zaman keçdikcə bu hədəflər reallaşdı və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün "Əsrin müqaviləsi" dövlət müstəqilliyimizin mühüm təminat vasitələrindən biridir.

Sonrakı uğurların təməlini qoyan saziş

Qeyd edək ki, "Əsrin müqaviləsi" həm maliyyə yatırımları, həm də karbohidrogen ehtiyatlarının həcminə görə enerji sektorunda bu zamana qədər imzalanmış ən böyük beynəlxalq layihələr sırasında yer alır. Bunun məntiqi nəticəsi olaraq "Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə Azərbaycan dövləti arasında neft-qaz yataqlarının işlənməsi sahəsində daha 34 saziş imzalanıb. Nəticədə 2010-cu ildə Azərbaycanda neft istehsalı, tarixində rekord həddə çatıb. Ölkəmizin neft-qaz siyasəti sonrakı illərdə daha da genişləndi və qlobal əhəmiyyət daşımağa başladı. Avropa ölkələrinin neftə olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri inşa edildi. Azərbaycan iqtisadiyyatının əsas maliyyə arteriyalarından olan bu kəmər "Əsrin müqaviləsi" adını alan sazişin imzadan praktik fəaliyyətə köçürüldüyünün isbatı idi.

Ölkəmiz qarşısında açılan geniş imkanlar

"Əsrin müqaviləsi"nin ölkəmizin qarşısında açdığı geniş imkanlar nəticəsində Bakı hədəflərinə doğru inamla irəliləyir. Bu gün Azərbaycan ardıcıl olaraq qlobal enerji təhlükəsizliyinin təmininə əhəmiyyətli töhfələr verən mühüm beynəlxalq layihələrə imza atır. TANAP, TAP kimi meqalayihələr məhz Azərbaycanın təşəbbüsü və maliyyə imkanları hesabına reallaşıb. Artıq ölkəmiz tək neft ixracatçısı yox, həm də qaz ixracatçısıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq yeni inkişaf mərhələsindədir. Burada yaşıl enerji ixracı ilə bağlı imzalanan sazişlər xüsusilə qeyd edilməlidir.

Tarixi zəfərdə "Əsrin müqaviləsi"nin payı

30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdə də "Əsrin müqaviləsi" mühüm pay sahibidir desək, yanılmarıq. Neft-qaz ixracından əldə edilən gəlirlər sayəsində müasir ordu quruculuğunun həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində haqq səsimizin davamlı olaraq eşidilməsi və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq hüquqi baza rolunu oynayan çoxsaylı qətnamələrin, qərarların, bəyanatların qəbulu buna misaldır.

Ulu öndərin söylədikləri reallığa çevrilir

"Əsrin müqaviləsi"nin Azərbaycan üçün əhəmiyyətini ulu öndər belə dəyərləndirmişdi: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". Həqiqətən də, ümummilli liderin illər öncə dediyi bu fikirlər artıq reallıqdır. Son üç ildə Azərbaycan qalib ölkədir. Artıq "işğal altında qalan torpaqlar" anlayışı yoxdur. İndi Yuxarı Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. İllərlə öz doğma el-obalarına həsrət qalan soydaşlarımızın böyük qayıdışı yaşanır. Milyardlarla vəsait hesabına həyata keçirilən bu işləri Azərbaycan öz daxili maliyyə imkanları ilə reallaşdırır. Dayanıqlı və sabit iqtisadi inkişaf hesabına formalaşan bu müstəqil imkanların əsas özülünü isə 29 il əvvəl ulu öndər tərəfindən imza atılan "Əsrin müqaviləsi" təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1344   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

26 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü

Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib

23 sentyabr