"Rusiyanın Ukraynadakı uğursuzluğu bütün Avropa üçün vacibdir" - Norveçin müdafiə naziri
"Norveç NATO-nun digər müttəfiqləri ilə birlikdə Ukraynaya Rusiyanın işğalına qarşı mübarizədə lazım olduğu müddətcə dəstəyini davam etdirəcək. Rusiyanın Ukraynaya təcavüzünün iflasa uğraması bütün Avropa təhlükəsizlik sistemi üçün vacibdir".
Qaynarinfo xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram bu gün Osloda Alyans ölkələrinin müdafiə rəisləri (qərargah rəisləri) səviyyəsində illik NATO konfransının açılışı zamanı deyib.
"NATO müttəfiqləri olaraq, Rusiyanın təcavüzünə qarşı müdafiəsini dəstəkləməkdə Ukraynanın yanındayıq. Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuz olması həm Ukrayna, həm də Avropa təhlükəsizliyi üçün vacibdir. Norveçin Ukrayna müdafiəsinə dəstəyi möhkəm olaraq qalır və biz hərbi və mülki yardım göstərməyə davam edəcəyik. Norveçin bütün siyasi partiyaları arasında Ukraynaya dəstək üçün Nansen proqramı vasitəsilə 5 il müddətinə hesablanmış təxminən 7,5 milyard avro dəyərində Ukraynaya çoxillik dəstək proqramı ətrafında siyasi razılaşma var", deyə nazir bildirib.
O qeyd edib ki, Norveç də NATO-nun bu il Alyansın Vilnüsdə keçirilən sammitində qəbul edilmiş Ukraynaya uzunmüddətli dəstək proqramını dəstəkləyir. Belə ki, müttəfiqlər Rusiyanın işğalına qarşı mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olmağa davam etməlidirlər.
Eyni zamanda, Byorn Arild Qram NATO-nun bütün Şimal regionunun təhlükəsizliyinin təmin edilməsində səylərinin vacibliyini vurğulayıb və Finlandiyanın və tezliklə Alyansın şimal bölgəsində təhlükəsizliyini gücləndirmək üçün artıq qüvvələrini birləşdirən İsveçin də Alyansa üzv olmasını alqışlayıb.
"NATO Norveçin təhlükəsizlik siyasətinin əsası olaraq qalır. Region qlobal rəqabət meydanına çevrildikcə Şimalın yüksək enliklərinin əhəmiyyəti getdikcə artır. Rusiyanın çoxlu sayda nüvə potensialı, onların daşıyıcıları da daxil olmaqla, Kola yarımadasında yerləşir. Bu imkanların əhəmiyyəti Rusiyanın kommersiya imkanlarının azalması ilə mütənasib olaraq artır. Yüksək enliklərin təbii ehtiyatlarının bolluğu təkcə Norveç və ya Rusiya üçün deyil, hamımız üçün vacibdir. Buna görə də region ölkələrinin bu sərvətlərdən bu gün istifadə etmək və gələcək nəsillər üçün qoruyub saxlamaq üçün ortaq məsuliyyəti var", deyə Norveçin müdafiə naziri qeyd edib
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO