Fransa müstəmləkəçiliyinin iflası

Fransa müstəmləkəçiliyinin iflasıMakronun dövlət başçısı olduğu müddətdə anti-fransız əhval-ruhiyyə pik həddə çatıb. Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri minimuma endiriblər. Hətta, bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib. İndi isə Nigerdə və Qabonda hərbi çevrilişlər Fransaya növbəti zərbəni vurmaqdadır.

Ermənistana və Qarabağdakı bir ovuc erməni separatçıya başı qarışan Fransa, əvəzində on illərdir soyub taladığı, milyonlarla insanı sorğusuz-sualsız qətlə yetirdiyi keçmiş müstəmləkələri ilə vidalaşmaq üzrədir. Afrika qitəsi Fransadan, onu xatırladan hər şeydən sürətlə uzaqlaşmaq xəttini götürüb. "Qara qitə" fransız idarəçiliyinə, müstəmləkə siyasətinə son verməkdə israrlı görünür.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Nigeri itirmək Fransa üçün daha ağrılıdır

Fakt odur ki, bu uzaqlaşmada indiki prezident Emmanuel Makronun rolu əvəzsizdir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılıb. İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını genişləndirib. Fransanın fəxrlə elan etdiyi frankomaniya ideyasının da artıq nifrət doğurduğunu demək mümkündür. Keçmiş müstəmləkələrdə "Fransa" dedikdə zorakılıq, insan hüquqlarının pozulması başa düşülür. Afrika ölkələrində bir-birinin ardınca etirazlar, qiyamlar, dövlət çevrilişləri də bunu təsdiqləyir. Məhz Makronun dövlət başçısı olduğu müddətdə anti-fransız əhval-ruhiyyə pik həddə çatıb.

Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri minimuma endiriblər. Hətta, bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib. İndi isə Nigerdə və Qabonda hərbi çevrilişlər Fransaya növbəti zərbəni vurmaqdadır. Əsasən Paris üçün illər uzunu milyardlar qazandıran Niger indi yalnız Fransa hərbi kontingentinin ölkədən çıxıb getməsini istəyir. Nədən? Səbəbini də Makron bilməmiş deyil. Nigerlilər sadəcə yeridilən çirkin və iyrənc müstəmləkə və irqi-ayrıseçkilik, ölkənin sərvətlərinin talanması siyasətinə son qoymaq istəyirlər. Halbuki, Niger Makrona qədər Fransanı ən yaxın tərəfdaş ölkə sayırdı. İndi isə hərbçilər və onlara dəstək verənlər Fransanın ölkəni tərk etməsini istəyir. Fransanın Nigerdə təxminən min nəfərlik hərbi heyəti var. Nigerdə artıq fransız dili rəsmi dil statusundan məhrum edilib. Ölkə dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir. Fransa da urana ehtiyacı olan əsas Avropa ölkəsidir. Nigeri itirmək Fransa üçün daha ağrılıdır. Çünki Niger Avropa İttifaqını, o cümlədən Fransanı uranla təmin edən 3 ölkədən (digər ikisi Kanada və Qazaxıstandır) biridir. Fransada elektrik enerjisinin 75 faizi ölkədəki atom elektrik stansiyalarından əldə edilir.

"Fransa Nigeri öldürür"

E.Makron G20 ölkələrinin Hindistanda keçirilən son toplantısında hər kəsi şoka salan bəyanatı ilə gündəm olub. Bildirib ki, Nigeri tərk etmək fikrində deyillər. Ehtimallara görə, Fransa müdaxilə üçün onun tabeliyində olan, marionet Qərbi Afrika Ölkələri İqtisadi Birliyindən (ECOWAS) yararlana bilər. Bu qurumun hərbi heyəti var və 15 ölkə daxildir. Əgər hərbi müdaxilə baş verərsə, bu ölkəni daxili gərginliyə gətirib çıxara bilər.

Yeri gəlmişkən, demokratiyadan, insan hüquqlarından daim dəm vuran Makron Nigerdən qovulmuş, lakin imtiyazları və toxunulmazlığının ləğvinə rəğmən bu ölkəni tərk etmək istəməyən fransız səfiri Silvain İtteni "cəsarətli diplomat" adlandırıb. Nigerin baş naziri Əli Mahaman Lamine Zeyne Fransanın dövlət başçısının bu bəyanatını qəbuledilməz və onun ölkəsinə qarşı hörmətsizlik adlandırıb. Əlavə edib ki, İtte özünü diplomat kimi aparmayıb və ona təcili olaraq ölkəni tərk etməsi barədə xəbərdarlıq edilib. Hörmətsiz yanaşma paytaxt Niameydə minlərlə etirazçının aksiyasına səbəb olub. Aksiya iştirakçıları "Fransa Nigeri öldürür", "Biz müharibə istəmirik!", "Nigerə qarşı müharibə ədalətsizdir!" şüarları ilə yürüş ediblər. Nümayişçilər əllərində Nigeriya və Niger bayraqlarını daşıyıblar, Fransa bayrağını isə yerə atıblar. Aksiya iştirakçıları "Rədd ol, Fransa! Fransa, bizi rahat burax!", "Fransa bizim problemləri həll edə bilmədi, taleyimizi öz əlimizə götürməliyik" və bu kimi digər anti-fransız şüarlar səsləndiriblər. Onlar həmçinin Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər. Nigerdəki fransız mövcudluğuna qarşı aksiyalar yeni deyil. Hələ bir il öncə - 2022-ci ilin sentyabr ayında yüzlərlə insan ölkənin parlamenti qarşısında Fransanın hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirmişdi.

Qərb-Çin qarşıdurmasının nəticəsi?

Maraqlıdır ki, Nigerdə gərginlikdə beynəlxalq güclərin roluna gəldikdə, daha çox Çinin adı çəkilir. Bu, Qərblə Rusiya-Çin cütlüyünün mübarizəsinin göstəricisi sayılır. Pekin Afrikanın sahillərində hərbi bazalar yaratmaq niyyətindədir. Bir neçə il əvvəl onun Cibutidə hərbi baza yaratması buna örnək ola bilər. Çin 2018-ci ildə Afrika ölkələrinə 200 milyard dollarlıq sərmayə qoyub. Odur ki, Nigerdə baş verənləri Pekinlə Moskvanın birgə əməliyyatı da saymaq olar. Ehtimallara görə, Ukraynadakı hadisələrdən diqqəti yayındırmaq, yaxud şərtlərini qəbul etdirmək üçün Rusiya Afrikada ABŞ başda olmaqla Qərbin maraqlarına qarşı belə hadisələr törədə bilər. Qitə ölkələrinin bir çoxu vaxtı ilə SSRİ-nin nüfuz dairəsində olub. Bu isə həmin ölkələrdə vəziyyəti qarışdırmaq üçün Rusiyanın imkanlarının hələ də tükənmədiyini ehtimal etməyə əsas verir. İyulun 30-da Fransanın paytaxt Niamedəki səfirliyinin binası qarşısında keçirilən nümayişdə "Yaşasın Rusiya!", "Yaşasın Putin!", "Rədd olsun Fransa!" şüarlarının səslənməsi də təsadüfü deyil.

Fransaya qayıtsaq, Niger əldən çıxarsa, Paris başqa ölkədən uran idxal etmək məcburiyyətində qalacaq. Problem yalnız uranla da bağlı deyil. Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi, Afrika siyasətinin də uğursuzluğa düçar olacağı şəksizdir. Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə məcbur etməyə çalışarsa, bu onun olan-qalan nüfuzunu heç edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 495   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kim Çen In Çinlə münasibətləri möhkəmləndirmək istəyir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi zərurətini vurğulayıb. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb. Agentliyi

12 aprel
.

Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblər

Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər. -ın -ya istinadən xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentindən məlumat verilib. Məlumata görə, oğlan uşağı bir neçə gün ərzində divan örtüy

12 aprel
.

ABŞ və İran arasında danışıqların üçüncü raundu başlayıb - YENİLƏNİB

İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu İslamabadda Pakistanın vasitəçiliyi ilə başlayıb. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Bu mərhələ tərəflər üçün bir sıra məsələlər üzrə razılığa gəlmək baxımından "son şans" hesab olunur

12 aprel
.

Uqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb

ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib. məlumat veri

12 aprel
.

Britaniyada qadına milyon nəfərdən yeddisində rastlanan nadir göz xərçəngi diaqnozu qoyuldu

Böyük Britaniyada qadın görməsində kiçik dəyişikliklər hiss edib və nəticədə ona nadir xərçəng növü diaqnozu qoyulub. -ın xəbərinə görə, bu barədə "Mirror" nəşri məlumat verib. Məlumata görə, 31 yaşlı Salli Lou gözündə qara ləkəyə diqqət yetirib. Əvvəlcə bu ləkə hərəkətsiz olsa da, daha sonr

12 aprel
.

Britaniya Ukraynanın müdafiə sistemlərindən istifadə etməkdə maraqlıdır

Ukrayna öz müdafiə layihələrini Qərb ölkələrinə ixrac etməklə mövqelərini gücləndirə bilər. "Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu fikri Böyük Britaniya müdafiə nazirinin müavini Alisteyr Karns Kiyevə səfəri zamanı ifadə edib. Onun sözlərinə görə, London Ukrayna layihələrini

12 aprel
.

Okeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi

Alimlər Havay adaları yaxınlığında okeanın dərinliyində "sarı kərpicdən cığır"ı xatırladan qeyri-adi yol aşkar ediblər. "ScienceAlert"ə istinadən xəbər verir ki, bu tapıntı nadir geoloji hadisə hesab olunur. Məlumata görə, struktur sualtı vulkanik süxur olan Hiakloklastitdən ibarətdi

12 aprel
.

Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır

Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B

11 aprel
.

ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq

ABŞ Londonun İrana qarşı əməliyyatda iştirakdan imtina etməsinə görə öz qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Sky News"un efirində bildirib. Onun sözlərinə görə, Vaşinqton Londona qarşı cavab addımlar

12 aprel