Məktəblər rəqəmsallaşır: Müəllimlər buna hazırdırmı?

Məktəblər rəqəmsallaşır: Müəllimlər buna hazırdırmı?Ölkə məktəblərinin müxtəlif proqramlar çərçivəsində kompüter avadanlığı ilə təchiz edilməsi prosesi artıq bir neçə ildir davam edir. Yeni nəsil texniki vasitələr hazırda tədris prosesinə fəal şəkildə daxil olur.

Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə bildirib ki, yaxın üç il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə hər altı şagirdə bir kompüter düşəcək.

Maraqlıdır, nazirin qeyd etdiyi kimi, rəqəmsallaşma sahəsində bundan sonra məzmun baxımından görüləcək işlərə məktəb mühiti, uşaqların qavrayış səviyyəsi, öyrənmə bacarıqları və ən başlıcası, ixtisas müəllimlərinin bilgiləri adekvatdırmı? Rəqəmsallıqdan istifadənin digər müəllimlər arasındakı təbliği hansı səviyyədədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ekspertlərin fikirləri bu istiqamətdə o qədər də haçalanmır, amma problem yaradacaq nüanslar da yox deyil.

40-50 kompüter olan sinif otaqları

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadənın fikrincə, rəqəmsallıq ilk növbədə dərsdə interaktivliyi təmin etməyə imkan verir:

"Hazırda müəyyən tədris alətləri var ki, onların vasitəsilə əyləncəli dərsləri təşkil etmək olur. Məktəblərin kompüterləşməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Bir çox məktəblərimiz də bu prosesə hazırdır. Yeni yetişən müəllimlərin çoxunun kompüter bilikləri kifayət qədər yaxşıdır və onlar rəqəmsallığı təmin edə bilirlər. Belə bilgilər nə qədər çox olsa, uşaqların da o qədər rəqəmsal alətlərdən düzgün istifadəsinə gətirib çıxaracaq. Eyni zamanda, rəqəmsal vətəndaşlığın təşviqi istiqamətində dünyada, o cümlədən ölkəmizdə də bır sıra addımlar atılır. Bu da şagirdlərin rəqəmsal istiqamətdə yetişməsində böyük rol oynayacaq".

Ekspert hər şagirdə bir kompüterin düşəcəyi günün gələcəyinə də ümidlidir:

"Mən oxuduğum dövrdə məktəblərdə 1-2 kompüter vardı. İndi məktəblərin böyük əksəriyyətində 40-50 kompüter olan otaqlar var. Yəqin ki, bir müddət sonra ya məktəb özü bunu təmin edəcək, ya da dövlətin bu istiqamətdə sosial layihələri olacaq. Ailələrin özlərinin də artıq bu alətlərə çıxışı yaranacaq".

Müəllimlərin səviyyəsi yetərlidirmi?

R.Əsədzadə rəqəmsal məzmuna müəllimlərin bilgisinin adekvat olub-olmamasına da münasibət bildirib:
"Bizdə adətən "rəqəmsallıq" anlayışı düzgün qarşılanmır. Rəqəmsallıq tək informatika müəllimləri ilə bağlı deyil. İnformatika bir peşə, ixtisasdır. Bizim informatika müəllimləri son 5-6 ildə təkmilləşməyə başlayıblar. Bunun da səbəbi informatikaya ehtiyacın yaranması ilə bağlıdır. Əvvəllər informatika və ya riyaziyyat-informatika seçimi olanda sadəcə riyaziyyatı seçirdilər. İndi əksinədir, daha çox informatikanı seçməyə başlayıblar. Bu o deməkdir ki, informatika müəllimləri təkmilləşir. Rəqəmsallıqdan istifadənin digər müəllimlər arasındakı təbliği təbii ki, zamanla inkişaf edir. Ancaq rəqəmsal inkişaf digər sahələrdən daha sürətli inkişaf etdiyinə görə, ona çatmaq üçün daim təkmilləşmək lazımdır. Məsələn, Google şirkəti müəllimlər üçün "birinci səviyyə öyrədənlər" adlı bir proqram həyata keçirir. Proqramı başa vuranlara sertifikat üç illik verilir. Buna görə də müəllimlərin davamlı olaraq özlərini inkişaf etdirmələri vacibdir".

Dövrün tələbinə tam uyğun deyilik

Astara rayon Deqədi kənd ümumi orta məktəbinin informatika müəllimi Nemət Tarverdiyev rayon məktəblərinin də tədricən kompüterləşdiyini bildirib:

"Artıq bizim məktəbə və qonşu məktəblərə də bir neçə kompüter verilib. Bu, ilk növbədə şagirdlərin informasiya axtarışı üçün vacibdir. Xüsusən kənd məktəbində bəzən uşaqların mobil telefonu olmur və onlar lazımı məlumatları axtara bilmirlər. Kompüterin olması onlara informasiyanı düzgün axtarmağı öyrədir. Məktəblər də internetləşməni sürətləndiriblər. Qonşu məktəblərə fiber optik kabel çəkilir".

N.Tarverdiyev rəqəmsallaşma ilə ayaqlaşmaq üçün informatika müəllimlərinin bilgilərinin bir qədər aşağı olduğunu etiraf edir:

"Bunu özümdə də hiss edirəm. Dövrün tələbinə tam uyğun deyilik. Düzdür, nazirlik tərəfindən müəllimlərin İKT bacarıqlarının artırılması üçün təlimlər keçirilir, bu istiqamətdə ciddi layihələr təşkil olunur. Təcrübəli müəllimlər də az deyil, sadəcə, bu sahə bizdə yenidir".

Hər şagirdə bir kompüter

İKT üzrə ekspert Tural Mustafayev hesab edir ki, məktəblərin kompüterləşməsi şagirdlərin praktik biliklərinin artmasına müsbət təsir göstərəcək. Belə ki, Elm və Təhsil Nazirliyində İKT üzrə həyata keçirilən STEAM, Robotiks, Scratch, mobil proqramlaşdırma və alqoritm qurulması kimi yeni layihələr aktiv biliklər tələb edir:

"Müəllim bu sahələr üzrə dərsi keçəndən sonra şagirdi mütləq şəkildə test etməlidir. Müəyyən valideynlərin övladları üçün kompüter almaq və onların praktiki biliklərini yoxlamaq imkanı var. Amma bəzi valideynlərin belə imkanı yoxdur. Bu baxımdan, kompüterləşmə şagirdlərə müsbət təsirini göstərəcək".

Ekspertin fikrincə, altı şagirdə bir kompüterin düşməsi vəziyyəti keçən illərə nisbətən yaxşılaşdıracaq, amma uşaq sayı çox olan siniflərdə problem yaradacaq:

"45 dəqiqə ərzində müəllim həm yeni dərsi izah etməli, həm köhnə tapşırığı yoxlamalıdır. Şagirdlər də növbə ilə tapşırığı etməlidirlər. Mütləq şəkildə hər dərsdə hər bir şagirdin qarşısında bir kompüter olmalıdır ki, onlar dərs vaxtından faydalı istifadə etsinlər və informatika dərsindən nəsə əldə etmiş olsunlar. Gələcəkdə də hansısa şagird inkişaf edib özünü İKT sahəsində görürsə, bu, onun inkişafına təkan verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1147   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr