Hərbi prokuror: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Hərbi prokuror: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədirÖtən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş ümumbəşəri dəyərləri özündə ehtiva edən humanitar hüququn norma və prinsiplərini kobud surətdə pozub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına və beynəlxalq humanitar hüquqla müdafiə olunan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən girov götürülmüş mülki şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edib, ağır işgəncələrə məruz qoyub, on minlərlə azərbaycanlının həyat və sağlamlığına qəsd edib, həmçinin 3890 nəfərin taleyi barədə bu günədək heç bir məlumat verməyib.

AZƏRTAC xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri" mövzusunda panel iclasında bildirib.

Qeyd edib ki, Vətən müharibəsinin nəticəsi olaraq zəbt olunmuş ərazilərimiz işğaldan azad edildikdən sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub, onun bilavasitə tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesi daha intensiv xarakter alıb. "Bununla əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı istiqamətində zəruri addımlar atılıb, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı Baş Prokurorluq tərəfindən soyqırımı, deportasiya, əsirlərə və girov götürülmüş şəxslərə işgəncəvermə, qəsdən adamöldürmə və sair maddələrlə çoxsaylı cinayət işi açılıb", - deyə hərbi prokuror vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr