TƏBİB-dən koronavirusun yeni variantı ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də "Eris" kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib.
Sonxeber.az-ın məlumatına görə, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva report-a açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də "Eris" kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır.
O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur".
Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1372 Tarix: 18 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Son zəng" tədbirlərində QADAĞA
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind
26 aprelSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində
26 aprelAğır qəzada ölən baytarın FOTOSU
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:
25 aprelKimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı
Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna
25 aprelAzərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa
25 aprelSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl
26 aprelQeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən
26 aprel"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"
Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi
25 aprelNazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyində
25 aprel