Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda iştirak edir.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında "Əbədi Şöhrət Məşəli" abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.

Sonra nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov VIII Xəzər Media Forumunun təşkilinə görə nümayəndə heyəti adından qarşı tərəfə minnətdarlığını bildirib, media sahəsində uğurlu inkişafa nail olmaq üçün beynəlxalq əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Əhməd İsmayılov Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Həştərxan vilayəti arasında mövcud olan çoxşaxəli əməkdaşlıq istiqamətlərindən danışıb, Xəzər Media Forumunun bu sahədə regional səviyyədə məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.

Görüşdən sonra bir sıra televiziya kanallarına müsahibəsi zamanı İcraçı direktor medianın ictimai diplomatiyanın mühüm faktoru olduğunu, həmçinin müxtəlif millətləri və mədəniyyətləri yaxınlaşdıran, informasiya, ideya və mənəvi dəyərlərin mübadiləsinə kömək edən etibarlı vasitə rolunu oynadığını qeyd edib.

Eyni zamanda, Forum çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Forum gedişində təşkil olunan konstruktiv və məhsuldar müzakirələrin bu sahədə yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə birgə lahiyələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb,media savadlılığının artırılması, peşəkar media nümayəndələrinin hazırlanması, dezinformasiya ilə mübarizə və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin mümkünlüyünə diqqət çəkib, daha sonra media sahəsində aktual məsələlər və tendensiyalar, gələcək inkişaf perspektivlərinin analizi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, VIII Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcəkdir.
Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edirAzərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 779   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr