Azərbaycanda nikahdankənar doğuşlar artıb - STATİSTİKA
Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.
Modern.az-ın statistik məlumatlara əsasən apardığı araşdırmaya görə, son illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki illə müqayisədə artıb.
Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Cədvəl - illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi olub:
Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb.
DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 18 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda DƏHŞƏT: Ər arvadını öldürüb intihara cəhd etdi
Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib. Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qız
28 sentyabrXətaidə 15 yaşlı qız, Suraxanıda isə 12 yaşlı oğlan itkin düşüb
Bakıda yeniyetmələr itkin düşüb. APA-ya istinadən xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 83-də yaşayan, 2007-ci il təvəllüdlü Sessiz Ayşə Yusif qızı sentyabrın 26-da yaşadığı evdən çıxıb geri və geri qayıtmayıb. Bundan başqa Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, 2011-ci il təvəllüdl
28 sentyabrİlk dəfə "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisi açılır
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi - Azərbaycan tarixinə ekskursiya etdirəcək "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışı olacaq. xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir. Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadim
28 sentyabrAzərbaycanda yolda təhlükəli vəziyyət - Göz-gözü GÖRMÜR - VİDEO
Abşeron rayonunda mərkəzi yolların birində təhlükəli vəziyyət hökm sürür. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Söhbət Saray qəsəbəsindəki Heydər Əliyev küçəsindəki yoldan gedir. Belə ki, yoldan istifadə edən sakinlər bildirir ki, işıq dirəklərinin olmasına baxmayaraq işıqlar yandırılmır
28 sentyabrBakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlanıb
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, olay Hövsan qəsəbəsində yaşanıb. Belə ki, 2002-ci il təvəllüdlü Əliyev Mirzə Çingiz oğlu sevdiyi qıza görə tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt
28 sentyabrZəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq. Report-a istinadən xəbər verir ki, artıq bununla bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib. Layihə çərçivəsind
28 sentyabr