"ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi"-Deputat

"ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi"-Deputat"ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi. ABŞ Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım edirdi. Separatçılar da bu pulla silahlanırdılar. Separatçıların "rəhbərləri" Amerikaya səfərlər edir, burada onlar ayrı-ayrı səviyyədə görüşlər keçirirdilər".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, ABŞ yaxın Şərq ölkələrində dəhşətli qırğınlar törətdi. Liviyada, İraqda dövlət çevrilışləri həyata keçirtdi, hakimiyyət devrildi, milyonlarla günahsız insan qətlə yetirildi:

"Vətən Müharibəsində 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində hərbi və siyasi yolla qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdik. Azərbaycanın sülh bağlamaq təklifinə qarşı hər cür çirkin əməllərə əl atan Ermənistan xarici dövlətlərdən özünə havadarlar axtarmağa başladı. Paşinyan hakimiyyəti əvvəl Rusiyaya üz tutdu və heç bir nəticə əldə edə bilmədiyindən Ermənistan özü kimi işğalçı siyasət həyata keçirən Fransaya yalvarmağa başladı. Ermənistan və Fransanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı irəli sürdükləri yalan və qərəzlə dolu iddiaları fiaskoya uğradı. Regionda və Avropada qapılar üzünə bağlanan və aciz durumda olan Paşinyan ABŞ-a üz tutdu. Bu o Amerikadır ki, yürütdüyü siyasət yalnız öz maraqlarına xidmət edir, riyakarlığı, xəyanəti dövlət siyasəti səviyyəsinə çatdırıb. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi. ABŞ Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım edirdi. Separatçılar da bu pulla silahlanırdılar. Separatçıların "rəhbərləri" Amerikaya səfərlər edir, burada onlar ayrı-ayrı səviyyədə görüşlər keçirirdilər. ABŞ-də cinayətkar rejim ofis də yaratmışdır. Bütün bunlar Azərbaycanla Ermənistan arasında münaqişənin uzadılmasına xidmət edirdi.
ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün dövlətlərə və xalqlara qarşı müstəmləkəçilik, talançılıq siyasəti həyata keçirir. İslamofobiyanı dövlət siyasəti səviyyəsinə yüksəldən ABŞ yaxın Şərq ölkələrində dəhşətli qırğınlar törətdi. Liviyada, İraqda dövlət çevrilışləri həyata keçirtdi, hakimiyyət devrildi, milyonlarla günahsız insan qətlə yetirildi.
Dünyada bütün münaqişələr ABŞ-ın istəyi və planlarına uyğun həyata keçirilir. Məqsəd istənilən regionda Amerikanın maraqlarını təmin etmək və regiondakı ölkələrin sərvətlərini talamaqdır. Özünü demokratiyanın qoruyucusu adlandıran Amerikanı nə demokratiya, nə də stabillik maraqlandırmır. Bu gün dünyanın bir çox hissəsi Amerikanın paleqonuna çevrilib".

Kamilə Əliyeva vurğulayıb ki, bu gün də ABŞ Azərbaycana qarşı öz riyakar siyasətini davam etdirir. ABŞ senatının xarici əlaqələr komissiyasının sədri Robert Menendezin Qarabağda yaşayan ermənilərin güya Azərbaycan tərəfindən blokadada saxlanması barədə çıxışı ölkəmizə qarşı böyük təxribatdır:

"ABŞ zaman-zaman Azərbaycanda da hakimiyyət çevrilışinin reallaşmasına çalışıb. Əsas məqsəd Azərbaycanda ona itaət edən siyasi qüvvələri hakimiyyətə gətirmək və torpaqlarımızın işğalının legitimləşdirilməsi olmuşdur. ABŞ bir neçə dəfə Azərbaycanda "rəngli inqilablar" planını həyata keçirmək istəsə də, ölkəmizdə xalq-iqtidar biliyi bu planları alt-üst etmişdir. Bu gün də ABŞ Azərbaycana qarşı öz riyakar siyasətini davam etdirir. ABŞ senatının xarici əlaqələr komissiyasının sədri Robert Menendezin Qarabağda yaşayan ermənilərin güya Azərbaycan tərəfindən blokadada saxlanması barədə çıxışı ölkəmizə qarşı böyük təxribatdır. Menendezin rüşvətxorluğu və əxlaqsız hərəkətləri tək Amerikaya deyil, bütün dünyaya məlumdur. Dövlət Departamentinin sözçüsü Yuri Kimin də ölkəmizə qarşı qərəzli fikirləri söyləməsi ən böyük əxlaqsızlıqdır. Əslində bu şəxslərin Azərbaycana qarşı təxribat xarakterli fikirləri ABŞ-nin Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsl mahiyyətinin təzahürüdür. Azərbaycana qarşı hər hansı dövlətin təxribatı bizi qorxuda bilməz. Azərbaycan güclü dövlətdir və ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1262   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi

25 aprel
.

Ağır qəzada ölən baytarın FOTOSU

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:

25 aprel
.

Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir?. -a danışan "ITStation" şirkətini

25 aprel
.

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is

25 aprel
.

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir"

"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernik

26 aprel
.

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

"APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasınd

24 aprel
.

Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa

25 aprel
.

Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR

May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq. xəbər verir ki, Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzr

25 aprel
.

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi

25 aprel