COVID-19-la bağlı vəziyyət bizi kifayət qədər ehtiyatlı olmağa səsləyir - Deputat

COVID-19-la bağlı vəziyyət bizi kifayət qədər ehtiyatlı olmağa səsləyir - DeputatBu, danılmaz bir həqiqətdir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Elə üç il öncə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə atılan addımlar zamanı da bu amil ön sırada dayanmışdı.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bir sıra məsələlərdə əksər ölkələrdən öndə olan Azərbaycan üç il öncə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərdə də dünyaya nümunə göstərildi.

"Bu da səbəbsiz deyildi. Belə ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən dövlətimiz infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atdı. Bu məqsədlə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edirdi", - deyə deputat bildirib.

O əlavə edib ki, üç il sonra dünya yenidən COVID-19 dalğası ilə üzləşib. "Hər halda COVID-19-un yeni ştamlarının sürətlə yayılmasına dair ÜST-nin son açıqlaması, o cümlədən, xarici ölkələrdəki statistika belə deməyə əsas verir. Onu da diqqətə çatdıraq ki, hazırda ABŞ-də COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda koronavirus aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.

Məlumatlara əsasən, son həftə ərzində ABŞ-də COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. Eyni halı keçmiş SSRİ məkanına daxil olan ölkələr haqqında da deyə bilərik. Belə ki, Latviyada yayda test nəticələrinin 5-10 faizi pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə təmasda olmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur. Rusiyanın Altay vilayətində COVID-19-a yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə karantinə bağlanıb. "Suqrutneft-qaz"da yenidən maska rejiminə keçid müzakirə olunur", - deyə deputat bildirib.

V.İskəndərov əlavə edib ki, bütün bunlar bizi, yəni Azərbaycan vətəndaşlarını da kifayət qədər ehtiyatlı və məsuliyyətli olmağa səsləyir.

"Bu, elə bir bəladır ki, heç bir ölkə ondan sığortalana bilməz. Sadəcə, bu bəlaya qarşı daha mütəşəkkil addım atmaqla, prosesdən az itki ilə çıxmaq mümkündür. Azərbaycan dövləti əvvəllər olduğu kimi, indi də lazım olan addımları atacaq. Öz növbəsində sadə vətəndaşlar da bu məsələdə fəallıq göstərməlidirlər", - deyə o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 807   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr