Ailəsi azyaşlının dərmanlarını ala bilmir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır" - FOTO
Beş yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:
"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik deyə Mahirin vəziyyəti günü-gündən pisləşdi. Halsızlaşdı, burnundan tez-tez qan açılır. Pəncərədə durub həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Əvvəl müalicə alanda altını islatmırdı. Amma indi özündən asılı olmadan altını isladır. Mahir bundan çox utanır. Özünə qapanır. İzah etməyə çalışsam da, yaşı azdır, dərk etmir. Həkimlər xərçəngdən də şübhələniblər. Buna görə analizlər verib, cavabını gözləyirik. Övladımın biraylıq müalicəsi üçün 1 200 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmaları üçün xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 624-89-96



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1065 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabrSürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala
3 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabr