Mətbuat Şurası: "Media lokal antiterror tədbirləri ilə bağlı məqamlara həssas yanaşmalıdır"
"Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər".
Sonxeber.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının müraciətində qeyd olunub.
Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində antiterror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədi. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda, qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb.
"Azərbaycan Mətbuat Şurası olaraq, ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırırıq. İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən video-görüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür. Ümid edirik ki, Azərbaycanın media cameəsi cəmiyyətimizin informasiya tələbatını qarşılayarkən, sadaladığımız mühüm məqamları nəzərə alacaq, ölkəmizin maraq və mənafelərinin qorunmasına peşəkar səviyyədə çalışacaq", - müraciətdə vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1830 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Depressiya ilə adi kefsizliyin fərqi nədir? - AÇIQLAMA
Müasir dövrdə "depressiyadayam" ifadəsi gündəlik danışıq dilində tez-tez işlədilir. Lakin bir çox hallarda insanlar əslində qısa müddətli kefsizliklə klinik depressiyanı bir-birinə qarışdırır. Bəs görəsən bu iki vəziyyət arasındakı fərqlər nələrdir? . Psixoloq G.Qədirli bu barədə -a açıqlam
24 aprelNikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi
25 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelBank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy
26 aprelAğır qəzada ölən baytarın FOTOSU
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:
25 aprel