"Çəkmə, Paylaşma, Hərbi sirri yayma" - Bəhruz Əliyev
"Bizlər suya möhtac olanlar kimi zəfərə susamış, haqq və ədalətin yerini tapmasını arzu edənlərik. Ürəyimiz zəfərlə və uğurla doludur və onunla döyünür. 30 il daxilimizdə yaşatdığımız nisgili səbrimizin sonu gələndə, 44 gündə qısasını alan vətən övladlarıyıq. Yaralarımızı sürətlə sağaldıb, qamətimizi dik tutub, doğan üfüqlərdəki, aydın işıqları gözləyirik. Vətən haqqında olan hər bir xoş xəbər və hər bir uğur bizim içimizdəki məğrur hisslərin tərənnümüdür".
Bu sözləri Sonxeber.az-a informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev deyib.
O bildirib ki, unutmamalıyıq ki, bilmədən bəlkə də fərqində olmadan çəkdiyimiz, paylaşdığımız hər bir informasiya bizim düşmənlə üz-üzə olduğumuz yerdə əleyhimizə işləyə bilər. Hər hansı vətən övladının həyatı bahasına başa gələ bilər. Ona görə də hər kəsdən xüsusi diqqət tələb olunur.
"1. Hərbi maşın və avadanlıqlar, onların daşınması ilə bağlı hər hansı bir foto və video çəkiliş aparmayın və paylaşmayın. Çünkü çəkilən hər bir media faylda çəkiliş yerinin mövqeyi (location) kimi bir çox məlumatlar düşmənin əlinə keçə bilər.
2. Hər hansı hərbi uçuş avadanlıqlarının foto və video çəkilişni aparmayın və paylaşmayın bu döyüşdə canını qoyan əsgərimizin planını poza bilər. Fərqində olmadan düşmənə yol göstərilmiş ola bilərsiniz.
3. Xidmətdə olanlarla müxtəlif yollarla əlaqə saxlamaqdansa, hisslərimizi çətin də olsa cilovlayıb səbr etməliyik. Çünkü telefonlar yenə təhlükə mənbəyidir. Düşmən diqqətlə bizim səhvimizi gözləyə bilər. Danışıqlardan öyrəndiyi məlumatları əleyhimizə istifadə edə bilər.
4. Sosial şəbəkələrdə yayılan dezinformasiyaya təsdiqlənməmiş məlumatlara inanıb yaymaq olmaz. Düşmənin virtual aləmdə qurduğu tələlərə qarşı diqqətli olmaq lazımdır. Keçmiş illərdə çəkilmiş vəya başqa yerlərdə baş vermiş foto və video məlumatlarla Azərbaycan ictimaiyyətini aldadıb, istiqamətləndirmək istəyə bilərlər. Ona görə də ancaq dövlət mənbələrinə qulaq asmaq və məlumatı dövlət mənbələrindən eşitmədiyimiz müddətcə şübhə ilə yanaşmalıyıq.
5. Döyüş mövqeyinə yaxın yaşayanlara isə daha çox məsuliyyət düşür. Hər hansı hərəkətlilik barədə informasiya verilməməlidir. Hərbi qulluqçuların hərəkəti vəya yaralı, şəhid və s. kimi əlaqəli məlumatları, dövlət tərəfindən elan edilmədiyi halda heç bir məlumatı əsla heç bir formada paylaşmamalıyıq.
6. Qısaca, sadəcə hüquq-mühafizə orqanlarımızın və dövlət kanallarının verdiyi məlumatlara etibar etməliyik və onlara inanmalıyıq
Unutmayaq ki, informasiya təhlükəsizliyimizi qorumaq, daha az fəsadla qalib olmağımız üçün, ciddi addımdır. Cəbhə arxasında olan önəmli xidmətdir. Gəlin birlikdə diqqətli olaq. Biz Birlikdə Güclüyük!"
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2330 Tarix: 20 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib
Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund
3 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrYeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrAzərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
3 oktyabr